7.09.2018
Növbəti məzunumuzun uğur hekayəsi!
Mən,Ceyhun Əliyev Nazir oğlu-özüm haqda nə deyə bilərəm. Çox mehriban,emosional, çalışqan və istiqanlı bir oğlanam. Düşdüyüm hər bir mühitdə özümə dost tapmağı bacarır və hamının diqqətini cəlb etməyə nail oluram. İnsanları cox sevirəm. Ünsiyyəti çox sevirəm. Əgər məndən soruşsalar ki, bəs hansı peşəni çox sevirsən, düşünmədən mühasiblik deyərdim. Bilmirəm yuxarıda sadaladığım şəxsi keyfiyyətlərimlə bu peşə arasında hansı əlaqə var. Lakin lap uşaqlıqdan valideynlərimin mənə verdikləri pulu və sonralar qazandığım pulları çox planlı xərcləməyi bacarıram. Görünür ki, bu xüsusiyyətimi reallaşdırmaq və xeyirli bir mütəxəssis kimi yetişmək üçün mühasib peşəsini seçdim.
Beləliklə, mühasib peşəsinə olan bu həvəs məni yaxşı sorağını çoxdan aldığım 4 nömrəli Bakı Peşə liseyinə gətirdi. 2017-2018-ci tədris ilində mən bu peşə liseyində “Mühasib” ixtisası üzrə təhsil almışam. Mühasib peşəsinə olan həvəsim deyərdim ki, təhsil aldığım bu tədris mərkəzində birə on qat artdı. İxtisas fənn müəllimlərimin peşəkarlığı və səyi nəticəsində mən, cox sevdiyim bu peşənin incəliklərinə daha da dərindən yiyələndim. Əlbəttə, oxuyub öyrəndikcə, seçdiyim peşənin sirlərinə yiyələndikcə sənətimi daha da sevdim və müəllimlərimə hörmətim, minnətdarlığım gündən günə artdı.
Liseyi bitirdikdən sonra peşəkar müəllimlərimin əvəzolunmaz qayğıkeşliyi və təqdimatı ilə mən “Bakı Elektronics şirkəti”ində mühasib vəzifəsində çalışmağa başladım. Şirkətə götürüldüyüm sınaq müddətində məsuliyyətim və biliyimlə kollektivin dərin hörmətini qazandım. Nəzəriyyə ilə praktiki biliklərin vəhdət təşkil etdiyi 4 nömrəli Bakı Peşə liseyində aldığım biliklər sayəsində həmin şirkətin daimi işçisi kimi mühasib vəzifəsinə təyin olundum. Əlbəttə, uğurlu başlanğıc olan yerdə uğurlu sonluq da olmalıdır. Deməli, mən seçimimi düzgün etmişəm. Buna görə liseyimizin müdriyyətinə və müəllimlərimə minnətdaram.
Mənimlə birlikdə təhsil alan qrup yoldaşlarıma bir mühasib kimi arzum odur ki, həyatınız 80 nömrəli hesabın krediti kimi olsun. Yəni daima mənfəət əldə edəsiniz. Əgər işinizdə mənfəət əldə edərsinizsə, bu sizin uğur hekayəniz olacaq. Sizlərlə bölüşdüyüm mənim “Uğur hekayəm” kimi.
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Rusiyanın " R-Farm " şirkətinin rəhbərliyi və əməkdaşları ilə dəyirmi masa təşkil olunub
·
05.09.2018 tarixində Texnika və Texnologiyalar
üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Rusiyanın " R-Farm " şirkətinin
rəhbərliyi və əməkdaşları ilə dəyirmi masa təşkil olunub.İşgüzar görüşdə Peşə Təhsili
üzrə Dövlət Agentliyinin əməkdaşı Nigar İsmayılzadə , " R-Farm Moskva
" Kadr Hazırlığı Departamentinin direktoru Ekaterina Repkina , Rusiya
Kooperativ Mədiniyyət Departamentinin direktoru Mariya Teplova , R-Farm MMC
zavodunun İnsan resursları üzrə meneceri Kəmalə Bayramova və mərkəzin rəhbər
işçiləri iştirak ediblər.Görüşün məqsədi mərkəzdə tədris olunan "Tibbi
avadanlıqların təmiri və xidməti elektromexaniki " ixtisası üzrə resurs mərkəzi
açmaq , həmin ixtisas üzrə təhsil alan tələbələrin müasir peşə təhsili dünya
standartları təcrübəsinə yiyələnmək üçün birgə fəaliyyət göstərmək , 2018-2019
tədris ilində tikintisi başa çatacaq Pirallahı rayonunda yerləşən Rusiya -Azərbaycan
R-Farm Əzcaçılıq Zavodu üçün ixtisaslı kadrlarla təmin etməkdən ibarətdir.Görüşün
sonunda birgə əməkdaşlıq məqsədilə ən yaxın zamanda tərəflər arasında anlaşma
memorandomunun imzalanacağı baradə razılığa gəlinmişdir.
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzinin 2018-2019-cu tədris ili üçün
nəzərdə tutulan Beynəlxalq layihələri!
Texnika
və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzində 2017\2018 –ci tədris
ilindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyinin , Türkiyənin İnova Təhsil
–Tədris Şirkətinin birgə əməkdaşlığı çərçivəsində
yeni bir təhsil proqramı tətbiq edilir.Keçən tədris ilində bu layihə çərçivəsində
açılan “mobil telefonların təmiri ustası “ ixtisası üzrə təhsil alan tələbələr elektrik və elektronika sahəsində innovativ,
müasir təhsil proqramını əhatə edən ixtisasların nəzəri təlim- tədrisi ilə bərabər
, müasir peşə təhsili dünya stantdartlarına uyğun istehsalat
avadanlıqları , texnoloji cihazlarla təchiz olunan şirkətlərdə istehsalat
təcrübələri keçiblər. Kursu bitirən 17 tələbə interaktiv texnologiya və metodiki üsullarla elektronika
avadanlıqlarının ( mobil telefonların ) təmiri –servizini öyrənərək mənimsəmişlər.
Layihə başa çatdıqdan sonra məzunlar şirkətin əməkdaşlığı çərçivəsində işlə təmin olunmuşdurlar. İnova Təhsil –Tədris Şirkətinin müəllim heyəti Azərbaycanın
ixtisaslaşmış Universitetlərində (AzTU,ADNSU) tədris keçən professor –dosentlərdən
və xarici şirkətlərdə təcrübə keçmiş peşə mütəxəssislərindən təşkil olunmuşdur.
Hazırda
2018\2019 cu tədris ilində İnova şirkəti aşağıdakı proqramlar üzrə layihəni
davam etdirir:
avtomobil
elektriki və elektronikası , rabitə texnologiyaları , tibbi cihazlar
elektronikası ,sənaye (zavod-fabrik )elektronikası , məişət cihazları
elektronikası , mobil telefonların təmiri ustası.
Bu sahələrdən sənaye (zavod-fabrik )elektronikası üzrə ixtisaslaşan tələbələr zavod və fabriklərdə ,
müxtəlif şirkətlərdə istifadə edilən hər növ elektronika sistemlərinin
–kontrollerlə idarə edilən dəzgahların ,
robotexnika avadanlıqlarının quraşdırılıb-sazlanmasını , təmirini həyata keçirəcəklər.
Tibbi cihazların elektronikası sahəsi
üzrə ixtisaslaşan tələbələr klinika və xəstəxanalarda istifadə edilən hər növ
tibbi elektronika cihazlarının proqram təminatının sazlanmasını təmin edən mütəxəssislər
olmaqla Respublikamızda bu sahədə yaranmış kəskin kadr çatışmazlığını aradan
qaldıracaqlar.Avtomobil elektriki və elektronikası üzrə ixtisaslaşan tələbələr
avtomobillərin bort kompüterlərinin təmirini , dünyada sürətlə artan elektrik
mühərrikli avtomobillərin işprinsiplərini , təmiri və servisini təmin edəcəklər.
Yeni tədris ilində İnova Təhsil –Tədris Şirkəti ilə Milli Ankoloji Mərkəz
arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən ” tibbi avadanlıqların təmiri və xidməti
elektromexaniki “ üzrə ixtisaslaşan məzunlar
Milli Ankoloji Mərkəzdə işlə təmin olunacaqlar.
Mərkəzimizin
əməkdaşlıq etdiyi digər şirkət “ KNAUF “ şirkətidir.Şirkət 2016\2017-ci tədris
ilindən mərkəzin nəzdində olan 4 nömrəli Bakı Peşə Liseyinin “quru inşaat “
ustası ixtisası üzrə tədris alan tələbələrinə tikinti sektorunda keyfiyyət göstəricisinin
artmasına töhfə verən təlimlər keçmiş , tələbələrin şirkətdə istehsalat təcrübələri
keçməsini , məzunların işlə təmin olunmasını təmin etmişdir.KNAUF şirkətinin
növbəti tədris ilində hədəfi inşaatçı peşələri üzrə kadr hazırlığı sahəsinə
investisiya portfoliosunu genişləndirmək, KNAUF-un məhsullarının əsas üstünlüklərini
bilən və bu məhsulları düzgün tətbiq etməyi bacaran mütəxəssislərin əmək
bazarına daxil olmasına şərait yaratmaq ,bununla da KNAUF-un məhsullarının satış bazarının genişlənməsinə
nail olmaq və şirkətin məhsullarının tikintidə tətbiqini yüksək səviyyədə həyata
keçirən rəqabətə davamlı kadrlar hazırlamaqdan ibarətdir.
Almaniyanın
Grohe şirkəti 2018-2019-cu tədris ilində
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açılacağı nəzərdə
tutulan "santexnik " ixtisası üzrə müasir peşə təıhsilinin tədrisi
üçün qabaqcıl alman peşə təhsil
sisteminin təcrübəsinə əsaslanan dünya standartlarına uyğun alman texnologiyalı
avadanlıqlarla təchiz oluan müasir fən
kabineti və istehsalat emelatxanasının təmiri prosesi uğurla davam
etdirilir.16.08.2018-ci il tarixində pilot layihə ilə bağlı növbəti işgüzar
görüş keçirilib.Görüşdə Manfred Kuhh "Grohe Aq Amerika , Afrika, Ekaterina
Chadeva "Uzaq Şərq "üzrə ali
baş təlimçi - expert " , Christian
Botter " MDB ölkələri üzrə beynəlxalq
expert və mərkəzimizin rəhbər heyəti iştirak ediblər.İşgüzar görüş zamanı
"santexnik " ixtisası üzrə modul proqramları, tələbələrin dərslik və
forma ilə təmin olunmaları , həmçinin tədris aparacaq tərcüməçi müəllimlərin
peşəkarlıq səviyyəsi müzakirə olunub. 17.09.2018 tarixində layihənin uğurlu
açılışı nəzərdə tutulub.Açılışda layihə rəhbərliyinin dəstəyilə Almaniyadan, MDB ölkələrindən ,Grohe Aq
Amerika şirkətindən və digər beynəlxalq təşkilatlardan dəvət olunan peşə təhsili
üzrə expert və təlimçilərin iştirakı gözlənilir.Yeni tədris ilində məqsədimiz və
hədəflərimiz mərkəzin strateji planında nəzərdə tutulduğu kimi təıhsilalanlara nümunəvi tədrisin keçirilməsi , mükəmməl
praktiki təcrübə qazanmaları və işlə təmin olunmaları planlaşdırılıb.
Kaydol:
Kayıtlar (Atom)