7.09.2018

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Rusiyanın " R-Farm " şirkətinin rəhbərliyi və əməkdaşları ilə dəyirmi masa təşkil olunub


·         05.09.2018 tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Rusiyanın " R-Farm " şirkətinin rəhbərliyi və əməkdaşları ilə dəyirmi masa təşkil olunub.İşgüzar görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Nigar İsmayılzadə , " R-Farm Moskva " Kadr Hazırlığı Departamentinin direktoru Ekaterina Repkina , Rusiya Kooperativ Mədiniyyət Departamentinin direktoru Mariya Teplova , R-Farm MMC zavodunun İnsan resursları üzrə meneceri Kəmalə Bayramova və mərkəzin rəhbər işçiləri iştirak ediblər.Görüşün məqsədi mərkəzdə tədris olunan "Tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki " ixtisası üzrə resurs mərkəzi açmaq , həmin ixtisas üzrə təhsil alan tələbələrin müasir peşə təhsili dünya standartları təcrübəsinə yiyələnmək üçün birgə fəaliyyət göstərmək , 2018-2019 tədris ilində tikintisi başa çatacaq Pirallahı rayonunda yerləşən Rusiya -Azərbaycan R-Farm Əzcaçılıq Zavodu üçün ixtisaslı kadrlarla təmin etməkdən ibarətdir.Görüşün sonunda birgə əməkdaşlıq məqsədilə ən yaxın zamanda tərəflər arasında anlaşma memorandomunun imzalanacağı baradə razılığa gəlinmişdir.







Hiç yorum yok:

Yorum Gönder