Texnika
və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində( BDPTMTT ) 29-30 iyun
tarixlərində Startap Günləri keçirilib.Startap Günləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin , Nəqliyyat Rabitə Yüksək
Texnologiyalar Nazirliyinin, İnformasiya Texnologiyalarının İnkişafı Dəstək Fondunun, Yüksək Texnologiyalar
Nazirliyinin dəstəyi , AİF,Startup Azərbaycan Təşkilatının və BDPTMTT-nin təşkilatçılığı
ilə baş tutub.Startap Azərbaycan Günlərinin ilk günündə tədbirin rəsmi
açılışında İT-nin İnkişafı Dövlət
Fondunun əməkdaşı Elçin Zeynalov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları
Rauf Feyzullayev , Tural Hüseynzadə , AİF, Startup Azərbaycan Təşkilatının
yaradıcısı və Aərbaycan İnternet
Forumunun rəhbəri Osman Gündüz, Startap
Azərbaycan Təşkilatının moderatoru Rəşad Əliyev, Almaniyanın GİZ təşkilatının əməkdaşı
Şəlalə Kamilova, Yüksək Texnologiyalar Nazirliyi Yanında İnformasiya
Texnologiyalarının İnkişaf Dövlət Fondunun əməkdaşıları Anar Cəfərov, Bəhram Cəfərli
, Kamran Cəfərli ,Sentra –MMC şirkətinin əməkdaşı Fəxri Hüseynov , Nizami Rayon
İcra Hakimiyyətinin İctima Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi
İsa Hüseynov , bir neçə peşə təhsil mərkəzlərinin
direktorları Fikrət Nəbiyev , Pərviz Həmzəyev , Şakir Hüseynov və digər qurumların nümayəndələri iştirak ediblər. Xəbərlər.az bildirir ki, tədbiri Azərbaycan
İnternet Forumunun rəhbəri Osman Gündüz açıb. Onun sözlərinə görə Startap Günləri
peşə təhsil müəssisələri arasında ilk dəfə olaraq bu təhsil müəssisəsində
keçirilir.Eyni zamanda Osman Gündüz Startap Azərbaycan Təşkilatının həyata
keçirdiyi işlərdən, Startap Günlərinin əhəmiyyətindən danışıb.Peşə Təhsil Mərkəzinin
direktoru Qalib Həsənov çıxış edərək
Startap Günlərinin bu təhsil mərkəzində keçirilməsinin mühüm əhəmiyyət kəsb
etdiyini diqqətə çatdırıb. O, mərkəzdə xeyli potensiallı tələbələrin təhsil aldığını
bildirib. Direktor Startap Günlərinin
keçirilməsinə hazırlıqla bağlı işçi qrupunun yaradıldığını və bu istiqamətdə tələbələrlə
görüşlərin keçirildiyini, hazırlıq işlərinin yüksək səviyyədə başa çatdırıldığını bildirirb. NRYTN yanında
İT-nin İnkişafı Dövlət Fondunun nümayəndəsi
Anar Cəfərov çıxış edərək İT Fondun bu sahədə gördüyü işləri diqqətə
çatdırıb. O tələbələr tərəfindən hazırlanan innovaiv layihələrin dəstəklənməsi
üçün Fondun müsabiqələrinə qatılmağa çağırıb.A.Cəfərov bu tip keçirilən tədbirlərin
ekosistemin inkişaı üçün çox faydalı olduğunu bildirib. Nazirliyin nümayəndəsi
Toğrul Qafarbəyli çıxış edərək Startap Günlərinə Nazirlik tərəfindən dəstək verildiyini
diqqətə çatdırıb. O, Startap Günlərinin ölkədə startap ekosistemin və innovativ
mühitin formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Nazirlik nümayəndəsi startap ekosistemin inkişaının Nazirliyin diqqət mərkəzində
olduğunu vurğulayıb.
Tədbirin
birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-
treninqlər təşkil olunub, ikinci hissədə biznes ideyaların irəli sürüləməsinə start
verilib. Tələbələr tərəfindən 21 biznes ideya irəli sürülüb. Bu ideyalar içərisindən tələbələrin səsverməsi
və ekspertlərin dəyərləndirməsi əsasında 6 biznes ideya seçilib. Seçilən biznes
ideyalar əttrafında startap komandalar formalaşıb onlar öz ideyalarını münsiflər
heyəti qarşısında təqdim ediblər. Daha sonra mentorlar tərəfindən seçilmiş
layihələr birincilik uğrunda mübarizə aparıb. Qeyd edək ki, Startap Günləri çərçivəsində yeni başlayan startapçılar üçün təlimlər də
keçirilib.Daha sonra tələbələr innovativ
biznes ideyalar ətrafında komandalar formalaşdıraraq, mentorların və ekspertlərin
köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayıblar.Xəbərlər.az bildirir ki,
Startap Günlərinin ikinci günündə ilk olaraq kriptovalyuta üzrə araşdırmaçı
Orxan Əhmədov gənc startapçılara təlim keçib. O, startapa yeni başlayan zaman
diqqət edilməsi vacib olan məqamları bölüşüb. Eyni zamanda prototiplərin
hazırlanmasını izah edib.Daha sonra komandalar mentorların və ekspertlərin köməyi
ilə bizes ideyaların reallaşması üzrə layihələrinin ilkin variantlarını
hazırlayıblar.Komandalar layihələrini tam hazır etdikdən sonra təqdimat olub.
Münsiflərin sualları ilə müşayət olunan təqdimatda startap komandaları öz layihələrinin
önəmini, faydalığını, layihənin tətbiqinin vacibliyini diqqətə çatdırıblar.
Günün sonunda münsiflərin səsverməsi ilə qalib komandalar müəyyən edilib. Münsiflərin
səsverməsinə görə, I yerin qalib komandası Səsli pul kisəsi, II yerin qalib
komandası Peşə liseylərinin saytı, III yerin qalib komandası isə Online
supermarket ideyalarının müəllifləri olub. Startap Günlərinin qaydalarına əsasən
I, II, III yerin qalibi olan komandalara diplom və Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin hədiyyə paketi təqdim edilib.Startap Günlərində
keçirilən təlimlərdə iştirak edən gənclərə sertifkatlar, Startap Günlərini təşkil
edənlərə, həmçinin münsif və ekspertlərə təşəkkürnamələr təqdim olunub.Qeyd edək
ki, Startap Günləri Bakı Dövlət Peşə Təhsil
Mərkəzində uğurla başa çatdırılıb.Burdan davam edin...