30.06.2018

Startap Azərbaycan Günləri müsabiqəsinin qalibləri mükafatlandırılıb


Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində( BDPTMTT ) 29-30 iyun tarixlərində Startap Günləri keçirilib.Startap Günləri  Peşə Təhsili üzrə Dövlət Agentliyinin , Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyinin, İnformasiya Texnologiyalarının İnkişafı  Dəstək Fondunun, Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi , AİF,Startup Azərbaycan Təşkilatının və BDPTMTT-nin təşkilatçılığı ilə baş tutub.Startap Azərbaycan Günlərinin ilk günündə tədbirin rəsmi açılışında  İT-nin İnkişafı Dövlət Fondunun əməkdaşı  Elçin Zeynalov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları Rauf Feyzullayev , Tural Hüseynzadə ,  AİF, Startup Azərbaycan Təşkilatının yaradıcısı  və Aərbaycan İnternet Forumunun rəhbəri  Osman Gündüz, Startap Azərbaycan Təşkilatının moderatoru Rəşad Əliyev, Almaniyanın GİZ təşkilatının əməkdaşı Şəlalə Kamilova, Yüksək Texnologiyalar Nazirliyi Yanında İnformasiya Texnologiyalarının İnkişaf Dövlət Fondunun əməkdaşıları Anar Cəfərov, Bəhram Cəfərli , Kamran Cəfərli ,Sentra –MMC şirkətinin əməkdaşı Fəxri Hüseynov , Nizami Rayon İcra Hakimiyyətinin İctima Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov  , bir neçə peşə təhsil mərkəzlərinin direktorları Fikrət Nəbiyev , Pərviz Həmzəyev , Şakir Hüseynov  və digər qurumların nümayəndələri  iştirak  ediblər. Xəbərlər.az bildirir ki, tədbiri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz açıb. Onun sözlərinə görə Startap Günləri peşə təhsil müəssisələri arasında ilk dəfə olaraq bu təhsil müəssisəsində keçirilir.Eyni zamanda Osman Gündüz Startap Azərbaycan Təşkilatının həyata keçirdiyi işlərdən, Startap Günlərinin əhəmiyyətindən danışıb.Peşə Təhsil Mərkəzinin direktoru Qalib Həsənov  çıxış edərək Startap Günlərinin bu təhsil mərkəzində keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, mərkəzdə  xeyli potensiallı tələbələrin təhsil aldığını bildirib. Direktor  Startap Günlərinin keçirilməsinə hazırlıqla bağlı işçi qrupunun yaradıldığını və bu istiqamətdə tələbələrlə görüşlərin keçirildiyini, hazırlıq işlərinin yüksək səviyyədə başa  çatdırıldığını bildirirb. NRYTN yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndəsi  Anar Cəfərov çıxış edərək   İT Fondun bu sahədə gördüyü işləri diqqətə çatdırıb. O tələbələr tərəfindən hazırlanan innovaiv layihələrin dəstəklənməsi üçün Fondun müsabiqələrinə qatılmağa çağırıb.A.Cəfərov bu tip keçirilən tədbirlərin ekosistemin inkişaı üçün çox faydalı olduğunu bildirib. Nazirliyin nümayəndəsi Toğrul Qafarbəyli çıxış edərək Startap Günlərinə Nazirlik tərəfindən dəstək verildiyini diqqətə çatdırıb. O, Startap Günlərinin ölkədə startap ekosistemin və innovativ mühitin formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Nazirlik nümayəndəsi startap ekosistemin inkişaının Nazirliyin diqqət mərkəzində olduğunu vurğulayıb.
Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes- treninqlər təşkil olunub, ikinci hissədə  biznes ideyaların irəli sürüləməsinə start verilib. Tələbələr tərəfindən 21 biznes ideya irəli sürülüb.   Bu ideyalar içərisindən tələbələrin səsverməsi və ekspertlərin dəyərləndirməsi əsasında 6 biznes ideya seçilib. Seçilən biznes ideyalar əttrafında startap komandalar formalaşıb onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Daha sonra mentorlar tərəfindən seçilmiş layihələr birincilik uğrunda mübarizə aparıb. Qeyd edək ki, Startap Günləri çərçivəsində  yeni başlayan startapçılar üçün təlimlər də keçirilib.Daha sonra  tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıraraq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayıblar.Xəbərlər.az bildirir ki, Startap Günlərinin ikinci günündə ilk olaraq kriptovalyuta üzrə araşdırmaçı Orxan Əhmədov gənc startapçılara təlim keçib. O, startapa yeni başlayan zaman diqqət edilməsi vacib olan məqamları bölüşüb. Eyni zamanda prototiplərin hazırlanmasını izah edib.Daha sonra komandalar mentorların və ekspertlərin köməyi ilə bizes ideyaların reallaşması üzrə layihələrinin ilkin variantlarını hazırlayıblar.Komandalar layihələrini tam hazır etdikdən sonra təqdimat olub. Münsiflərin sualları ilə müşayət olunan təqdimatda startap komandaları öz layihələrinin önəmini, faydalığını, layihənin tətbiqinin vacibliyini diqqətə çatdırıblar. Günün sonunda münsiflərin səsverməsi ilə qalib komandalar müəyyən edilib. Münsiflərin səsverməsinə görə, I yerin qalib komandası Səsli pul kisəsi, II yerin qalib komandası Peşə liseylərinin saytı, III yerin qalib komandası isə Online supermarket ideyalarının müəllifləri olub. Startap Günlərinin qaydalarına əsasən I, II, III yerin qalibi olan komandalara diplom və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hədiyyə paketi təqdim edilib.Startap Günlərində keçirilən təlimlərdə iştirak edən gənclərə sertifkatlar, Startap Günlərini təşkil edənlərə, həmçinin münsif və ekspertlərə təşəkkürnamələr təqdim olunub.Qeyd edək ki, Startap Günləri  Bakı Dövlət Peşə Təhsil Mərkəzində uğurla başa çatdırılıb.Burdan davam edin...


















































































Hiç yorum yok:

Yorum Gönder