1.12.2018

Beynəlxalq təlimçilərlə işgüzar görüş keçirilib

29 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Avropa İttifaqı Tərəfindən maliyələşdirilən “Milli Kvalifikasiyanın Çərçivəsinin İcrasına Dəstək”  layihəsi üzrə baş expert və layihə rəhbəri  cənab Trever Kuk ,  “ Keyfyyətin təmin edilməsi, əvvəlki təhsilin qiymətləndirilməsi və tanınması”  üzrə expert Emil Əsgərov Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi ilə  işgüzar görüş keçiriblər.Görüşdə əsas məqsəd əsas məqsəd informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması mexanizmi ilə bağlı beynəlxalq təcrübənin tətbiqi  və növbəti tədris ilində keçirilməsi nəzərdə tutulan iki ixtisasın pilot layihə olaraq hazırlanması ilə bağlı birgə müzakirələrin aparılması olub.Görüşün sonunda nümayəndələr tədris kabinetlərini və emalatxananı gəzmiş , mərkəzdə aparılan nəzəri –praktik tədrisin keyfiyyətini yüksək qiymətləndiriblər.





Regional Təlim Keçirilib

     Gürcüstanda “Duala bənzər peşə təhsili və təlimində özəl sektorla əməkdaşlığın qurulması” mövzusunda regional təlim keçirilib. Təlimdə ölkəmizin peşə təhsili müəssisələrinin də nümayəndələri iştirak edib.
              Üç gün davam edən təlimdə peşə təhsilində dövlət-özəl əməkdaşlığı, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması, modul strukturlu, səriştə əsaslı kurikulumların hazırlanması, məqsədli peşə inkişafı proqramları, iş yerində öyrənmə barədə iştirakçılara ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.
              Təlimdə həmçinin, peşə təhsili müəssisələrinin veb-səhifələrinin yaradılmasının, digər ölkələrin peşə təhsili müəssisələri ilə əlaqələrin qurulmasının vacibliyi vurğulanıb, Azərbaycanda peşə təhsili müəssisələrinin bu sahədəki fəaliyyəti yüksək qiymətləndirilib.  
              Təlim iştirakçıları ölkədə peşə təhsili sahəsində görülən işlər, əldə olunan yeniliklər, eləcə də təmsil etdikləri peşə təhsili müəssisələrinin fəaliyyəti barədə təqdimatla çıxış ediblər.
              Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.
              Qeyd edək ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətini (GİZ) tərəfindən icra olunan “Özəl sektorun inkiaşafı və peşə təhsili və təlimi” proqramı çərçivəsində təşkil olunub.
























1 / 1