29 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Avropa İttifaqı Tərəfindən maliyələşdirilən “Milli Kvalifikasiyanın Çərçivəsinin İcrasına Dəstək” layihəsi üzrə baş expert və layihə rəhbəri cənab Trever Kuk , “ Keyfyyətin təmin edilməsi, əvvəlki təhsilin qiymətləndirilməsi və tanınması” üzrə expert Emil Əsgərov Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi ilə işgüzar görüş keçiriblər.Görüşdə əsas məqsəd əsas məqsəd informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması mexanizmi ilə bağlı beynəlxalq təcrübənin tətbiqi və növbəti tədris ilində keçirilməsi nəzərdə tutulan iki ixtisasın pilot layihə olaraq hazırlanması ilə bağlı birgə müzakirələrin aparılması olub.Görüşün sonunda nümayəndələr tədris kabinetlərini və emalatxananı gəzmiş , mərkəzdə aparılan nəzəri –praktik tədrisin keyfiyyətini yüksək qiymətləndiriblər.
Hiç yorum yok:
Yorum Gönder