12.01.2019

Texnoparkda İnfo-tur keçirilmişdir

  Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin  və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə  Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin  “ Veb-dizayner “ , “Kompüter ustası “ ixtisaslı təhsilalanlarının Odlar Yurdu universitetinin Texnoparkında   info-tur  keçirilib. Tələbələr buradakı kompüter laboratoriya və sinifləri ilə tanış olubar. Riyaziyyat, informatika və tətbiqi elmlər kafedrasının dosenti  Etibar Rzazadə  Texnopark, burada görülən işlər, düzəldilən qurğular barədə məlumat vermiş,  “Müasir səviyyədə proqramlaşdırma və proqram təminatının kompüterləşdirilmiş sistemlərdə rolu” mövzusunda MasterClass  keçmişdir. Tələbələrə TP-ın kompüter şəbəkəsi, alternativ enerji sistemi, robot laboratoriyası nümayiş etdirilmişdir. Onlar, kompüterlə idarə olunan stendlərdə günəş şüalarının düşmə bucağından asılı olaraq alınan elektrik enerjisinin necə dəyişdiyini, robotların insan iştirakı olmadan tələb olunan tapşırıqları necə yerinə yetirdiklərini maraqla izlədilər. Ffiziki tədqiqatlardan bəsit kompüter təmirinə qədər bir çox proseslərdə müxtəlif cihaz və alətlərdən necə istifadə etdiklərini müşahidə ediblər. Yuxarı kurs tələbələri Peşə Təhsil Mərkəzlərinin tələbələrinə  gündəlik məşğələlərdə istifadə etdikləri cihazlar barədə danışıb zəruri parametrlərin necə təyin olunduğunu, kompüter və offis avadanlığı ilə bağlı hansı ölçü vahidlərinin tətbiq olunduğunu izah ediblər. Burada əldə olunan təcrübi biliklər tələbələrin əyani şəkildə müşahidə etdikləri İKT prosesləri lisey təhsili ilə bir tərəfdən ali məktəb təhsilini, digər tərəfdən istehsalatı yaxınlaşdırır. Kompüterlərin,  müxtəlif elektron cihazlarının sürətlə yeniləndiyi, təhsil sisteminə daha çox yol aldığı müasir dövrdə belə vasitələrin araşdırılıb, mənimsənilib tələbələrə çatdırılması və yenilərinin yaradılması üçün mərkəzləşdirilmiş universitet qurumuna ehtiyac var. Son yarım əsrdə bu funksiyanı öz üzərinə götürmüş tədris texnoparkları dünyanın qabaqcıl universitetlərinin əksəriyyətinin nəzdində yaradılmışdır. Belə texnoparklar nəzəriyyə, akademik biliklərlə praktik təcrübənin, istehsalatın real və sürətlə həyata keçirilən əlaqələrinin qurulmasına xidmət edir.
Burada tələbələr bir sıra texniki fənləri keçməklə yanaşı müxtəlif yaradıcı qruplarda fəaliyyət göstərir, Universitetin aparat təminatı və təmiri, yeni avadanlığın quraşdırılması və sazlanması kimi işlərdə həvəslə iştirak edirlər. Əvvəlki dövrlərdə, məktəblərdə alınmış biliklərdəki çatışmazlıqları aradan qaldırmaq, yeni texniki biliklərin əldə olunması, ən müxtəlif texniki ideyaların araşdırılması və həyata keçirilməsi üçün şərait əldə etmişlər. Onlar, xüsusən optik və audio effektləri nümayiş etdirən qurğuların hazırlanılıb dərs prosesinə tətbiq edilməsinə böyük maraq göstərirlər.Tələbələr həm özləri maraqlandıqları istiqamətdə robotlar yığıb quraşdırır, həm də onları idarə etmək üçün müvafiq proqramlar yazırlar. Bu qəbildən olan işlər tələbələrin həm texniki dünyagörüşünün genişlənməsinə, həm də fundamental biliklərin dərinləşdirilməsi və möhkəmləndirilməsinə xidmət edir.
Texnoparka info-tur -tanışlıq  müddətində  tələbələrimiz nəzəri biliklərini əyani vasitələr üzərində möhkəmləndirdilər,  icra olunan layihələrdəki işlərə qoşuldular, təcrübələri tətbiq etdilər.  OYU rəhbərliyinin təşkilatçılığı ilə  Texnika və Texnologiyalar üzrə BDPTM tələbələrinin  hər həftənin müəyyən günləri istehsalat təlimi dərslərinin  kompüter-texniki vasitələrdən istifadə etmələri və yeni texniki qurğuların yaradılmasında bilavasitə iştirakını təmin etmək məqsədilə Texnoparkın praktik məşğələlər cədvəlində xüsusi yer ayırmışdır.

























































































Hiç yorum yok:

Yorum Gönder