29.10.2016

Məktəb reytingini müəyyənləşdirən sorğu

Əziz izləyicilər , sorğu yaratmaq  çox vaxt layihələri reallaşdıran zaman və bu kimi hallrda verilir
Bu video dərsimizi izləsəniz , məktəb reytingini təyin edən sorğu şagirdlərin istək vəarzularını realaşdırmaq məqsədiləkeçirilir 


Məsafədən təhsil

Əziz müəllimlər , bəzən evdə təhsil, fərdi təhsil zamanı ,həmçinin sinfinizdəki zəif oxuyan şagirdlərin kəsrlərini çıxartaq üçün komputerdən istifadə etmək , görüntülü əlaqə yaratmaq vacibdir.Bu sizin və şagirdlərinizin vaxtına qənaət etməklə bərabər , tədrisinizin keyfiyyətini yüksəldər .Belə dərslərə nümunə olaraq iki video dərs izləyə   bilərsiniz.    Ardını burda izləyin

İkinci nümunəyə baxın






Təqdimat hazırlamaq üçün bəzi qaydalar

Hörmətli həmkarlar , müəllim təqdimatını hazırlamaq üçün bəzi qaydaları bilmək zəruridir .Bu qaydaların bəziləri ilə sizləri tanış edirəm  Davamını burda oxuyun...



İnternetin təhsilə verdiyi töhfələr


Əziz izləyicilər , müasir dövrün təhsilin inkişafına olan əsas tələblərindən biri texnologiyadan istifadə bacarıqlarının inkişaf etdirilməsidir.Təhsilin sürətli inkişafında əsas vasitə kimi İnternet resursunu qeyd etmək olar .Aşağıdakı linkə daxil olmaqla siz internetdən istifadə etməyin bizi və tədrisimizi necə inkişaf etdirdiyi haqqında  (tövsiyəni)  google sənəd formatında  oxumaq üçün  bu linkə daxil olun 
https://docs.google.com/document/d/1r9l_kTRtnpdUgULU4zm9JGG1yI_euGcLRpuBZn9dxLY/edit#
İnternet nəşri kimi oxumaq üçün bu linkə daxil olun
https://ru.calameo.com/read/00485703759759861e4e1
Video kimi baxmaq üçün  bu linkə daxil olmağınız rica olunur
https://www.youtube.com/watch?v=TBUPLoipXlo























Müəllimlər üçün metodiki tövsiyə

Əziz müəllimlər , bu bloqda dünya təhsili standartlarına cavab verən ən son texnologiyalarla dərs təqdimatlarının , uşaqların zehnini inkişaf etdirəcək məntiqi oyunların , interaktiv tapşırıqların , bloq yaratmaq, internet resurslarından necə istifadə etmək haqqında tövsiyələr verilib.Dərsdən sonra zəif oxuyan şagirdlərlə əlavə məşğul olmaq , fərdi və evdə təhsil zamanı istifadə edəcəyiniz metodlar və məsafədən təhsilin real görüntülü izahı olan  video dərslər yerləşdirilib.Bloqda axtarış bölməsində mövzuların içərisində olan istənilən mövzunu tapıb izləyə bilərsiniz. Aşağıda izləyəcəyiniz videoshou təqdimatda müəllifin iş təcrübəsi , texnologiyalardan istifadə etdikdən sonra keçdiyi təlimin tədrisindəki müsbət irəliləyiş haqqında fikirlərini eşidəcək , İKT-nin tədrisdə necə aparıcı rol kəsb etdiyini görəcəksiniz 



28.10.2016

Konstruktiv təlimin təyini və fəlsəfəsi, mahiyyəti, məqsədi və formulu

Konstruktiv təlim şagird təfəkkürünün yardımı ilə qazanılmış, qazanılmaqda olan və qazanılacaq yeni biliklərin bütövlüyü deməkdir.
  Konstruktiv təlim yaradıcı, səciyyəli əməliyyat təlimidir.Bu təlimdə şagirdlər öz daxili duyğu və idrak səviyyələrindən çıxış etməklə, bilikləri üzərində apardıqları məntiqi əməliyyat nəticəsində yeni bilik qazanaraq yaradıcı olurlar.Həmin yaradıcılıq həm fərdi, həm də kooperativ (yəni birgə fəaliyyət) xarakteri daşıyır. Yəni bu yaradıcılıq uşağın-şagirdin fərdi, yaxud qrup halındakı işindən, fəaliyyətindən asılıdır. Sətirlərin müəllifinin konstruktiv təlim fəlsəfəsi amerikalı alim Cerom Brunerin konstruktivizm fəlsəfəsi ilə səsləşir. 
Konstruktiv təlimin mahiyyəti ondan ibarətdir ki, o, şagirdi özünü inkişaf yoluna salır, ona təlimdən və sosial mühitdən qazandığı bilikləri öyrəndiyi və öyrənəcəyi biliklərlə birləşdirməyə, əsaslandırmağa və özü üçün yeni, yüksək formalı bilik qazanmağa şərait yaradır. Çağdaş dünyamızda hər bir fərdin yaradıcı olması, öz bacarığından çıxış edərək yeni fikir, yeni ideya yaradıb, onu həyata tətbiq etməyi önəmli, dəyərli bir bacarıqdır.


27.10.2016

Sorğu hazırlamaq üçün proqram

Hörmətli bloq istifadəçiləri sorğu yaratmaq üçün bu linkdən istifadə edə bilərsiniz   
 istifadə edə bilərsiniz. Sayt geniş imkanları, maraqlı funksiyaları ilə tanış olmaq üçün linki klikləyin

.http://www.typeform.com/


ClassMate PC- ilə birgə şəkil çəkməyi öyrənək

 Bu saytda üzv olan hər bir valideyin öz övladına komputerdə şəkil çəkmək , sadə proqramlarda işləmək və komputerdən istifadə etmək bacarığını öyrədə bilər Uşaqlar onlar üçün yaradılan hesabdan istifadə etmə bacarığını onlara izah etdikdən sonra müstəqil şəkildə  netbookdan istifadə edə biləcəklər.
Bu proqramda  e-Learning istifadə o deməkdir ki,müəllim  bütün iş prosesini izləyir.
Şagird müəllimin nəzarəti ilə dərsdə məntiqi  inkişaf etdirən oyun oynaya bilər  
Qeydiyyatdan keçmək üçün aşağıdakı linki klikləyin
http://www.openclass.ru/node/27511



Bir şagird bir komputer layihəsi

 Əziz izləyicilər bu möhtəşəm layihə ilə tanışsınızmı ?

                       " 1 Şagird : 1 Kompüter" layihəsi

"1 şagird : 1 kompüter" layihəsi Azərbaycanda 2008-ci ildən Intel World Ahead ("Gələcəyin dünyası buradan başlanır") proqramı çərçivəsində həyata keçirilir. 2009-2010-cu illərdə Intel Azərbaycan məktəblərinə 400-ə yaxın Intel Classmate PC (şagird netbuku) hədiyyə etmişdir.Intel şirkəti tərəfindən işlənib hazırlanmış Classmate PC – məktəblilər üçün nəzərdə tutulmuş sərfəli qiymətli, davamlı, mobil avadanlıqdır.
Bu netbuklar paylanılmış məktəblərin müəllimləri üçün Rusiya Federasiyasından dəvət almış ekspert tərəfindən 1 şagird-1 kompüter layihəsi üzrə təlim keçirilmişdir. 

Layihə ilə tanış olmaq üçün aşağıdakı linki klikləyin

http://window.edu.ru/catalog/pdf2txt/008/55008/26685



Əziz izləyicilər , bu video dərsimizdə yeni video görüntülü proqramlar və sorğu hazırlamaq üçün saytla tanışlıq verilir.Sorğunun real şəkildə icra olunmasını izləyə bilərsiniz .


26.10.2016

Əziz izləyicilər Kahoot sinifdəki fəallığını bilmək üçün yaradılan test  və  müzakirə oyunlarının ən yaxşılarındandır. Saytda üzv olmaqüçün bu linkə daxil olun https://kahoot.it/#/



İnternet müasir təhsil sisteminin inkişafını dəstəkləyən infrastrukturdur

Əziz izləyicilər, bu təqdimat internet xidmətlərinin təhsildə keyfiyyətin inkişafını necə dəstəkləməsi haqqında fikirlər və reallıqdır 
https://create.kahoot.it/#login?next= Bu linki klikləsəniz video slideshoya baxa bilərsiniz 

PowerPoint təqdimatı kimi izləmək üçün bu linki klikləyin https://docs.google.com/presentation/d/1grN8dh4kyAMdqHjeDeEvfxZJWwHi0_DL_jY0iB4koe0/edit#slide=id.p4



25.10.2016

OneNote proqramı ilə tanışlıq

Əziz izləyicilər , bu video dərsimiz OneNote proqramı haqqındadır.Bu proqram dərs prosesində istifadə baxımından çox əlverişli proqramdır.Qeydləri , hesabatları saxlamaqla bərabər , şablonlar yaradıb əsas səhifə olaraq qeyd edə bilərsiniz 

"


OpenOffice.orgDraw ilə təqdimatlar yaratmağın üstünlükləri

Əziz izləyicilər , video dərsimizdə siz bir çox office proqramlarının funksiyalarını özündə birləşdirən OpenOffice.orgDraw proqramı ilə tanış olacaqsınız .Proqramın üstünlükləri haqqında tanıtım videosunda tanış olun 


OpenOffice.org Draw proqramının interfeysi




OneNote ilə tanışlığın üstünlükləri

Əziz müəllimlər , vacib qeydlərinizi yaddaşda saxlamaq üçün OneNote proqramı əvəzsizdir.Proqram haqqında ətraflı video dərsimizdə izləyə bilərsiniz 


Activlnspire proqramında konteyner funksiyası

Əziz müəllimlər ,video dərsimizdə komteyner funksiyasının yaradılmasının izahı şərh olunur


Axtivlnspire proqramında kilidlənmə,şəffaflaşdırma vədigər funksiyalar

Əziz müəllimlər ,izləyəcəyiniz video dərsimizdə Activlnspire proqramında bəzi funksiyaların izahı verilir


Bu video dərsimizdə siz ingilis dili və riyaziyyat müəllimlərinin dərsdə istifadə edəbiləcəkləri resurslar və saytda işləmək haqqında danışacağıq 



Readthewords alətində işləmək funksiyası (1)

Bu video dərsimiz ingilis dilini təkmilləşdirmək istəyənlər üçündür.Readthewords ilə tanışlıq və faylların köçürülüb oxunma formasıhaqqında məlumatı dərsimizdən izləyin 



Readthewords web 2.0 aləti ilə ingilis dilini öyrən (2)

 Hörmətli müəllimlər , Readhewords.com online web alətidir. Bu alətin köməyi ilə sizin şagirdləriniz ingilis dilində sözlərin səslənmə formasını eşidə bilərlər. Mətnlər yarada və hazır  word ,powerpoint , pef formatında olan faylları bura yükləyib düzgün tələffüzlü oxunuşunu izləyə bilərlər .Proqrama bu linklə daxil olub qeydiyyatdan keçə bilərsiniz 

.http://www.readthewords.com/members/RecordText.aspx



24.10.2016

Scratch ilə blokların sürüşdürülməsi

Əziz müəllimlər, bu video dərsimizsə sizi Scratch ilə işləməyim yollarını göstərəcəyik


Scrach proqramı türk dilində işləmək istəyənlər üçün daha sadə dildə


Əziziz müəllimlər, bu video dərsimizdə siz Scratch projelerinin türkdilində hazırlanması qaydaları ilə tanış olacaqsınız


Scratch proqramı ilə tanışlıq

Video dərsimiz Scratch proqramı haqındadır. Bu proqram interaktiv hekayələr, cizgi filmləri , bloklar qurmaq üçün ibtidai siniflərdə istifadə olunan bir proqramdır.Proqramda müəyyən komandaları icra etməklə kiçik əyləncəli layihələr yaratmaq olur.


23.10.2016

Təhsilin inkişafında internetin rolu

 İnternet bütün sahələrdə olduğu kimi təhsilin inkişafında da əvəzsiz rol oynayır .Bu təqdimatda yazılanlar məhz bu inkişaf haqqındadır 
PowerPoint təqdimatı kimi baxmaq üçün bu linki klikləyin

https://docs.google.com/presentation/d/1EKAbA63ZSk4zAoCVNaaIGWEYV-pTFRAYU1Z1dlWbdd8/edit#slide=id.p4

Video kimi baxmaq üçün bu linki klikləyin 
https://www.youtube.com/watch?v=4keVBI7xPAo&feature=youtu.be


Google sənədinin yaradılmasının üstünlükləri

Hörmətli izəyicilər, video dərsimiz Google sənədinin yaradılmasının əhəmiyyətindən bəhs edir.Əsas üstünlük burda yaradılan resurslardan link formasında istifadə olunmasıdır.Dizayn , animasiya funksiyaları zəngindir. İstənilən cədvəl , sənəd və təqdimatlarınızı bura yükləyib linkini istifadə edə bilərsiniz. Yükləmə istifadə qaydası video dərsdə izah olunur



Resursların link formasında sənəddə saxlanılması

Əziz müəllimlər , bu video dərsimizdə sizin dərs zamanı istifadə edəcəyiniz oyun , iş vərəqləri və tapşırıqların hazırlanması üçün istifadə edəcəyiniz resursların link formasında word sənədində saxlanılması və google drive diskinə köçürülməsi şərh olunur 


İbtidai siniflərdə tədris üçün interaktiv oyun

Əziz müəllimlər , bu video dərsimizdə interaktiv oyunlardan biri olan dənizdə xəzinəni tap oyununun yaradılmasının izahı verilir. Oyun zamanı rəqəmləri düzgün seçdikdə xəzinə tapılır alqış səsləri eşidilir .Oyunun tarixi qədimdir lakin yeni texnologiya ilə qurulub


Öyrədici oyun resursları ilə zəngin sayt

Əziz müəllimlər , yüzlərlə oyun resurslarının yer aldığı saytda öz dərslərinizin mövzularına uyğun interaktiv tapşırıqlar , test oyunları , tapmaca tipli viktorinalar yaratmaq istəyirsinizsə bu linki klikləyin , oyunlarla tanış olun
http://people.uncw.edu/ertzbergerj/ppt_games.html


Sunken treasure web aləti ilə oyun

https://docs.google.com/presentation/d/1U_Wwo6PCwgued5gKU8FdQn8IZgQrPy0jkl92Xiu0wJY/edit#slide=id.p3
Bu sənədi yükləyin "Yüksək dənizdə xəzinəni tap" oyunu ilə tanış olun 



  

İnteraktiv tapşırıqlar , rollu oyunlar və təqdimatlar hazırlaya biləcəyiniz bir sayt

Əziz müəllimlər , dərslərinizdə interaktiv tapşırıqlar hazırlamaq , test sualları yaratmaq , məntiqi oyunlar fikirləşmək sizin çox zamanınızı ala bilər. Bu sayt sizin vaxtınıza qənaət etmək və işlərinizi yüngülləşdirmək baxımından sizə əlverişli ola bilər. Saytda qeydiyyatdan keçmirsiniz öz elektron ünvanınızdan daxil olub işləyə bilərsiniz.Bunun üçün bu linki kilikləyin

http://www.all-ppt-templates.com/


Məktəblərdə və təhsil sistemində   istifadə olunan elektron lövhələrin  ən geniş yayılan növlərindən biri  Promethean  lövhələrdir. Öz geniş imkanlarına, hazır resurslarına görə digər lövhələrdən fərqlənən bu lövhələrdə dərs hazırlamaq üçün çox rahatdır.Promethean lövhələr müasir sinif otaqlarının və hər bir səriştəli müəllimin ağıllı dostudur.Bu lövhənin üzərində alətlər qutusuna , içraçı panellərə toxunmaqla möcüzələr yarada bilirik.Bu lövhələrlə işləmək , xüsusilə həndəsi fiqurlardan istifadə ,müxtəlif oyunlar , rəngləmələr və pazllardan istifadə , sehirli güzgü , konteyner, nişan və digər funksiyaları  tədrisinin keyfiyyətini yüksəldir .Aşağıdakı linkdə qeydiyyatdan keçərək Activlnspirenin geniş imkanları ilə tanış olun


Öyrədici oyunlar üçün sayt

Əziz müəllimlər , yəqin ki , sizin dərs dediyiniz şagirdlər içərisində məntiqi zəif , orta olan uşaqlar vardır. Bu sayt məhz  məntiqi inkişaf etdirmək məqsədilə yaradılıb.Saytdan istifadə etmək üçün aşağıdakı linki kilikləyin
http://www.egiticioyunlar.org/



Kiçik uşaqlar akademiyası

Əziz müəllimlər , şagirdlərinizi aşağıda linki tağ edilən saytdan  qeydiyyatdan keçirin. Onların şifahi nitqinin inkişafı , dünya görüşlərinin artmaları və fikirlərini sərbəst ifadə etmələri üçün kiçik akademiyanın üzvləri olmaq kimi şanslarını dəyərləndirin 






Elektron kitabxana

Əziz izləyicilər , bu saytda qeydiyyatdan keçərək siz marağınızda olduğunuz bütün kateqoriyalar haqqında dünya ədəbiyyatı və milli ədəbiyyatımızdan , təhsildən , ixtisasınızı və digər sahələri əhatə edən mövzulardan məlumatlı ola bilərsiniz.Elektron kitabxanaya üzv olmaq üçün aşağıdakı linki klikləyin 
http://www.anl.az/el.php


Elektron təlim sistemi

Hörmətli müəllimlər, bu sayt Azərbaycan müəllimləri  və təhsil işçiləri üçün nəzərdə tutulmuşdur. Saytda qeydiyyatdan keçib öz sinfinizi yarada bilərsiniz.Online imtahanlarda iştirak etməklə yanaşı özünüz test sualları və  təqdimatlar tərtib edə bilərsiniz. Saytdan istifadə qaydaları ilə daha ətraflı tanış olmaq üçün bu linki  klilikləyin 
http://sinif.az/info.php?id=16





İbtidai sinif müəlimlərinin istifadə edə biləcəkləri hər cür resurslarla zəngin sayt


                                                           

                                                                  http://www.kidscanhavefun.com/

Linkə daxil olun.Bu  saytda dərslərinizdə istifadə edə biləcəyiniz müxtəlif dərs planları, tapşırıq növləri, iş üsul və formalarından
faydalana  bilərsiniz.  İbtidai siniflər üçün daha məqsədə uyğundur


   
                                        

Bloq haqqında maraqlı təklif, məsləhət və şərhləriniz

 Dəyərli izləyicilər və bloqumuzu ziyarət edən təhsil işçiləri , müəllimlər , şagirdlər və bütün ziyarətçilər sizlərin hər birinizin  yeni fikir və məsləhətləri , şərhləri bizə maraqlıdır. Bunun üçün aşağıda gördüyünüz  linkə daxil olub dəniz görüntüsünün istənilən yerində mausunuzu iki dəfə kilikləyib təklif və iradlarınızı mənimlə bölüşməyinizi rica edirəm

 https://padlet.com/aytac_rzayeva200/j3k0muep9p4w 

Multiple-İntelligences-quiz ilə cizgi filmi , quiz , oyun və fotoalbomların yaradılması

 Hörmətli izləyicilər, bu linkə klikləyib http://careertests.jobs77.com/multiple-intgences-quiz/ qeydiyyatdan keçməklə siz dərslərinizi rəngarəng edəcək təqdimatlar , elli quiz və musiqili oyunlar yarada bilərsiniz