28.10.2016

Konstruktiv təlimin təyini və fəlsəfəsi, mahiyyəti, məqsədi və formulu

Konstruktiv təlim şagird təfəkkürünün yardımı ilə qazanılmış, qazanılmaqda olan və qazanılacaq yeni biliklərin bütövlüyü deməkdir.
  Konstruktiv təlim yaradıcı, səciyyəli əməliyyat təlimidir.Bu təlimdə şagirdlər öz daxili duyğu və idrak səviyyələrindən çıxış etməklə, bilikləri üzərində apardıqları məntiqi əməliyyat nəticəsində yeni bilik qazanaraq yaradıcı olurlar.Həmin yaradıcılıq həm fərdi, həm də kooperativ (yəni birgə fəaliyyət) xarakteri daşıyır. Yəni bu yaradıcılıq uşağın-şagirdin fərdi, yaxud qrup halındakı işindən, fəaliyyətindən asılıdır. Sətirlərin müəllifinin konstruktiv təlim fəlsəfəsi amerikalı alim Cerom Brunerin konstruktivizm fəlsəfəsi ilə səsləşir. 
Konstruktiv təlimin mahiyyəti ondan ibarətdir ki, o, şagirdi özünü inkişaf yoluna salır, ona təlimdən və sosial mühitdən qazandığı bilikləri öyrəndiyi və öyrənəcəyi biliklərlə birləşdirməyə, əsaslandırmağa və özü üçün yeni, yüksək formalı bilik qazanmağa şərait yaradır. Çağdaş dünyamızda hər bir fərdin yaradıcı olması, öz bacarığından çıxış edərək yeni fikir, yeni ideya yaradıb, onu həyata tətbiq etməyi önəmli, dəyərli bir bacarıqdır.


Hiç yorum yok:

Yorum Gönder