Haqqımızda

                      Bitirdiyi ali təhsil ocağı
     Bakı Dövlət Universiteti -  1997 - 2001  
Fizika  fakültəsi
                            Azərbaycan  Pedoqoji Universiteti  (Yenidənhazırlanma)  2005-2007
Riyaziyyat -İnformatika
İş təcrübəsi___________________________________________________
Bakı şəhəri 24  №-li tam orta məktəb  İnformatika müəllimi (2006 -cı ildən)
- Demokratik Gənclər  İctimai Birliyi- təlimçi  ( 2012- 2015 )
- Mərhəmət kimsəsizlərə yardım birliyi - təlimçi  yerli təşkilatların regionda tədbirləri layihələrində  könüllü təlimçi fəaliyyəti (2012-ci ildən)
QHT Vətandaş Cəmiyyəti ( İnternet resurslarının yayılması layihəsi - təlimçi  2015- ci ildən)
Təhsildə İnnovatik Texnologiyalar mərkəzi - İTE  təlimçi  (2016- cı ildən)
Heydər Əliyev Adına lisey- İnformatika müəllimi ( 2016- cı ildən)
  Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu -  Kurikulum, Riyaziyyat və İnformatika fənni üzrə dərsliklərin qiymətləndirilməsi işçi qrupunda üzv ( rəyçi ) 2015-ci ildən

Peşə Təhsili üzrə Dövlət Agentliyi -Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi 

Vəzifə : İTE- mütəxəssisi 
 Müəllim  :   Təlimçi

  Əziz izləyicilər İKT-nin təhdilin inkişafında aparıcı vasitə olduğunu açıqlayan fikirlərimi     burdan oxumanız rica olunur  



     İştirakçısı olduğum təlimlər və dəyərləndirmələr                         
                                                  Peşə fəaliyyətim 
Burdan izləməyiniz rica olunur

Dəyişən , inkişaf edən  texnologiyaların inqilab etdiyi XXI əsrdə yaşayırıq. Zamanla ayaqlaşmaq , təhsildə interaktivliyi yüksəltmək , dünya təhsilinə inteqrasiya etmək üçün fikrimcə biz müəllimlər müsair texnologiyanı öz tədrisimizə tətbiq etməliyik. Məni bu bloqu yaratmağa stimul verən hiss 
İTE- təhsildə İnnovativ Texnologiyalar mərkəzində təlimçilik fəaliyyətinə başladığım an yarandı.
Dahilərdən biri belə deyib: Öyrəndiklərini öyrətmək iki dəfə öyrəndim deməkdir.
Tərtibatçısı  olduğum TəhsildəYeni Texnologiyalar bloqunda bu gün təhsil sistemində istifadəolunan yeni resurslar , internet texnologiyalarından istifadə etməklə hazırlanan təqdimatlar , məqalələr və video dərslər var. Çalışmışam ki, əsasən bu bloqda yeni ideyalarımı , bildiyim internet resurslarını və onlardan istifadə bacarığını nümayiş etdirim. Bloqda dərslər , tapşırıq və məntiqi oyunların hazırlanması , test sualları yaratmaq və online sınaq imtahanlarına qoşulmaq üçün həmçinin qiymətləndirmə  apara  biləcəyimiz saytlar haqqında məlumat verilib.Elektron lövhələrdən istifadənin bir sıra üsulları izah olunub.Bəzən müəllimlərin bir qisminin kurslara, təlimlərə gedəcək zamanı olmur , vaxt qıtlığı olur.Belə olduğu halda ev şəraitində online video dərslər izləməklə, dünya təhsili standartlarına uyğun resurs və saytlardan faydalanmaqla , bir çox  yenilikləri öyrənə bilərlər .Mənim məqsədim buna nail olmaqdır. Bloqdan təhsil sahəsində çalışan hər bir müəllim, işçi, tələbə və şagirdlər istifadə edə bilərlər. Diqqətinizə görə təşəkkür edirəm, təklif ,yeni fikir və rəylərinizi hörmətlə gözləyirəm.


Hörmətlə

Aytac Rzayeva 













Ən yaxşı təlimçi təqdimatı mükafatı 

Hiç yorum yok:

Yorum Gönder