7.09.2018

Növbəti məzunumuzun uğur hekayəsi!


Mən,Ceyhun Əliyev Nazir oğlu-özüm haqda nə deyə bilərəm. Çox mehriban,emosional, çalışqan və istiqanlı bir oğlanam. Düşdüyüm hər bir mühitdə özümə dost tapmağı bacarır və hamının diqqətini cəlb etməyə nail oluram. İnsanları cox sevirəm. Ünsiyyəti çox sevirəm. Əgər məndən soruşsalar ki, bəs hansı peşəni çox sevirsən, düşünmədən mühasiblik deyərdim. Bilmirəm yuxarıda sadaladığım şəxsi keyfiyyətlərimlə bu peşə arasında hansı əlaqə var. Lakin lap uşaqlıqdan valideynlərimin mənə verdikləri pulu və sonralar qazandığım pulları çox planlı xərcləməyi bacarıram. Görünür ki, bu xüsusiyyətimi reallaşdırmaq və xeyirli bir mütəxəssis kimi yetişmək üçün mühasib peşəsini seçdim.
Beləliklə, mühasib peşəsinə olan bu həvəs məni yaxşı sorağını çoxdan aldığım 4 nömrəli Bakı Peşə liseyinə gətirdi. 2017-2018-ci tədris ilində mən bu peşə liseyində “Mühasib” ixtisası üzrə təhsil almışam. Mühasib peşəsinə olan həvəsim deyərdim ki, təhsil aldığım bu tədris mərkəzində birə on qat artdı. İxtisas fənn müəllimlərimin peşəkarlığı və səyi nəticəsində mən, cox sevdiyim bu peşənin incəliklərinə daha da dərindən yiyələndim. Əlbəttə, oxuyub öyrəndikcə, seçdiyim peşənin sirlərinə yiyələndikcə sənətimi daha da sevdim və müəllimlərimə hörmətim, minnətdarlığım gündən günə artdı.
Liseyi bitirdikdən sonra peşəkar müəllimlərimin əvəzolunmaz qayğıkeşliyi və təqdimatı ilə mən “Bakı Elektronics şirkəti”ində mühasib vəzifəsində çalışmağa başladım. Şirkətə götürüldüyüm sınaq müddətində məsuliyyətim və biliyimlə kollektivin dərin hörmətini qazandım. Nəzəriyyə ilə praktiki biliklərin vəhdət təşkil etdiyi 4 nömrəli Bakı Peşə liseyində aldığım biliklər sayəsində həmin şirkətin daimi işçisi kimi mühasib vəzifəsinə təyin olundum. Əlbəttə, uğurlu başlanğıc olan yerdə uğurlu sonluq da olmalıdır. Deməli, mən seçimimi düzgün etmişəm. Buna görə liseyimizin müdriyyətinə və müəllimlərimə minnətdaram.
Mənimlə birlikdə təhsil alan qrup yoldaşlarıma bir mühasib kimi arzum odur ki, həyatınız 80 nömrəli hesabın krediti kimi olsun. Yəni daima mənfəət əldə edəsiniz. Əgər işinizdə mənfəət əldə edərsinizsə, bu sizin uğur hekayəniz olacaq. Sizlərlə bölüşdüyüm mənim “Uğur hekayəm” kimi.


Hiç yorum yok:

Yorum Gönder