7.09.2018


Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzinin 2018-2019-cu tədris ili üçün nəzərdə tutulan Beynəlxalq layihələri!

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzində  2017\2018 –ci tədris ilindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyinin , Türkiyənin İnova Təhsil –Tədris Şirkətinin birgə  əməkdaşlığı çərçivəsində yeni bir təhsil proqramı tətbiq edilir.Keçən tədris ilində bu layihə çərçivəsində açılan “mobil telefonların təmiri ustası “ ixtisası üzrə təhsil alan tələbələr  elektrik və elektronika sahəsində innovativ, müasir təhsil proqramını əhatə edən ixtisasların nəzəri təlim- tədrisi ilə bərabər , müasir  peşə təhsili  dünya stantdartlarına uyğun istehsalat avadanlıqları , texnoloji cihazlarla təchiz olunan şirkətlərdə  istehsalat  təcrübələri keçiblər. Kursu bitirən 17 tələbə interaktiv  texnologiya və metodiki üsullarla elektronika avadanlıqlarının ( mobil telefonların ) təmiri –servizini öyrənərək mənimsəmişlər. Layihə başa çatdıqdan sonra məzunlar şirkətin əməkdaşlığı çərçivəsində işlə təmin  olunmuşdurlar. İnova Təhsil –Tədris Şirkətinin müəllim heyəti Azərbaycanın ixtisaslaşmış Universitetlərində (AzTU,ADNSU) tədris keçən professor –dosentlərdən və xarici şirkətlərdə təcrübə keçmiş peşə mütəxəssislərindən təşkil olunmuşdur.
Hazırda 2018\2019 cu tədris ilində İnova şirkəti aşağıdakı proqramlar üzrə layihəni davam etdirir:
avtomobil elektriki və elektronikası , rabitə texnologiyaları , tibbi cihazlar elektronikası ,sənaye (zavod-fabrik )elektronikası , məişət cihazları elektronikası , mobil telefonların təmiri ustası.
Bu sahələrdən sənaye (zavod-fabrik )elektronikası üzrə  ixtisaslaşan tələbələr zavod və fabriklərdə , müxtəlif şirkətlərdə istifadə edilən hər növ elektronika sistemlərinin –kontrollerlə idarə edilən  dəzgahların , robotexnika avadanlıqlarının quraşdırılıb-sazlanmasını , təmirini həyata keçirəcəklər. Tibbi cihazların elektronikası  sahəsi üzrə ixtisaslaşan tələbələr klinika və xəstəxanalarda istifadə edilən hər növ tibbi elektronika cihazlarının proqram təminatının sazlanmasını təmin edən mütəxəssislər olmaqla Respublikamızda bu sahədə yaranmış kəskin kadr çatışmazlığını aradan qaldıracaqlar.Avtomobil elektriki və elektronikası üzrə ixtisaslaşan tələbələr avtomobillərin bort kompüterlərinin təmirini , dünyada sürətlə artan elektrik mühərrikli avtomobillərin işprinsiplərini , təmiri və servisini təmin edəcəklər. Yeni tədris ilində İnova Təhsil –Tədris Şirkəti ilə Milli Ankoloji Mərkəz arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən ”  tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki “  üzrə ixtisaslaşan məzunlar Milli Ankoloji Mərkəzdə işlə təmin olunacaqlar.
Mərkəzimizin əməkdaşlıq etdiyi digər şirkət “ KNAUF “ şirkətidir.Şirkət 2016\2017-ci tədris ilindən mərkəzin nəzdində olan 4 nömrəli Bakı Peşə Liseyinin “quru inşaat “ ustası ixtisası üzrə tədris alan tələbələrinə tikinti sektorunda keyfiyyət göstəricisinin artmasına töhfə verən təlimlər keçmiş , tələbələrin şirkətdə istehsalat təcrübələri keçməsini , məzunların işlə təmin olunmasını təmin etmişdir.KNAUF şirkətinin növbəti tədris ilində hədəfi inşaatçı peşələri üzrə kadr hazırlığı sahəsinə investisiya portfoliosunu genişləndirmək, KNAUF-un məhsullarının əsas üstünlüklərini bilən və bu məhsulları düzgün tətbiq etməyi bacaran mütəxəssislərin əmək bazarına daxil olmasına şərait yaratmaq ,bununla da  KNAUF-un məhsullarının satış bazarının genişlənməsinə nail olmaq və şirkətin məhsullarının tikintidə tətbiqini yüksək səviyyədə həyata keçirən rəqabətə davamlı kadrlar hazırlamaqdan ibarətdir.
Almaniyanın Grohe şirkəti  2018-2019-cu tədris ilində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açılacağı nəzərdə tutulan "santexnik " ixtisası üzrə müasir peşə təıhsilinin tədrisi üçün  qabaqcıl alman peşə təhsil sisteminin təcrübəsinə əsaslanan dünya standartlarına uyğun alman texnologiyalı avadanlıqlarla təchiz oluan  müasir fən kabineti və istehsalat emelatxanasının təmiri prosesi uğurla davam etdirilir.16.08.2018-ci il tarixində pilot layihə ilə bağlı növbəti işgüzar görüş keçirilib.Görüşdə Manfred Kuhh "Grohe Aq Amerika , Afrika, Ekaterina Chadeva  "Uzaq Şərq "üzrə ali baş təlimçi - expert " ,  Christian Botter "   MDB ölkələri üzrə beynəlxalq expert və mərkəzimizin rəhbər heyəti iştirak ediblər.İşgüzar görüş zamanı "santexnik " ixtisası üzrə modul proqramları, tələbələrin dərslik və forma ilə təmin olunmaları , həmçinin tədris aparacaq tərcüməçi müəllimlərin peşəkarlıq səviyyəsi müzakirə olunub. 17.09.2018 tarixində layihənin uğurlu açılışı nəzərdə tutulub.Açılışda layihə rəhbərliyinin dəstəyilə  Almaniyadan, MDB ölkələrindən ,Grohe Aq Amerika şirkətindən və digər beynəlxalq təşkilatlardan dəvət olunan peşə təhsili üzrə expert və təlimçilərin iştirakı gözlənilir.Yeni tədris ilində məqsədimiz və hədəflərimiz mərkəzin strateji planında nəzərdə tutulduğu kimi  təıhsilalanlara nümunəvi tədrisin keçirilməsi  ,  mükəmməl praktiki təcrübə qazanmaları və işlə təmin olunmaları planlaşdırılıb.










Hiç yorum yok:

Yorum Gönder