18.09.2018

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yeni tədris ilinin açılması münasibətilə "Bilik Günü " tədbiri keçirilmişdir.

 17 sentyabr 2018 -ci il tarixindəTexnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yeni tədris ilinin açılması münasibətilə  "Bilik Günü " tədbiri  keçirilmişdir. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin kurikulum şöbəsinin müdiri  Məcid Bayramlı , Beynəlxalq Aləmdə Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Cəfərova ,Əmək və veteranlar birliyi təşkilatının sədri Yəhya Ağayev ,  Peşə Təhsili sahəsində əvəzsiz xidmətləri olan  Texniki elmlər üzrə  fəlsəfə doktoru Qalib Əhmədov , əmək veteranları Ağarza Ağayev , Qüdrət Kərimov , Humanitar və Sosial Dayaq İctimai Birliyinin direktoru Nailə İsmayılova iştirak edirdilər. Tədbir  himn ilə başladıldı. Giriş sözü ilə çıxış edən tədris istehsalat işləri üzrə direktor müavini Aytac Rzayeva "Bilik günü" sevincini yaşayan hər bir tələbəyə bu günün əlamətdar olmasından , ilk peşə ixtisas təhsilinin onların  xəyallarına, arzularına qovuşmasına zəmin yaradacağından , istedadlı gənclərin ali təhsil almaq istəklərinin reallaşmasında  keçid  yolunun başlanğıcı olacağını  qeyd etdi. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmət olduğunu vurğuladı.Daha sonra keçən tədris ilində təhsil müəssiəmizin əldə etdiyi nailiyyətlərdən danışıldı , növbəti tədris ilində daha peşəkar və uğurlu layihələrin təşkili və inkiçşafı istiqamətində ikitərəfli əməkdaşlıqların , peşəyönümü memarondumların , kooperativ təlimlərin artırılması istiqamətində dinamik fəalliyyətlə çalışılacağı qeyd olundu.Uğurlu karyera quran  məzunların , valideynlərin çıxışlarından sonra , tədbir  qonaqların təhsilalanlara ürək sözləri , uğurlar arzulaması ilə yekunlaşıb.




















Hiç yorum yok:

Yorum Gönder