Файл "SAM_7070.JPG" прикреплен.
Цепочка открыта. Одно прочитанное сообщение.
Salam , Hörmətli Rəhbərlik.Biz Sizə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin son yeniliklərini təqdim edirik .
15 sentyabr 2018-ci il tarixində 2018\2019-cu tədris ilinin başlanması münasibətilə pedaqoji şuranın ilk iclası keçirildi. İclası giriş sözü ilə açan
Aytac Rzayeva müəllim heyətini pedaqoji şuranın gündəlikdə olan məsələləri ilə tanış etdi. Gündəlikdə duran məsələlər aşağıdakılardan ibarət idi:
1. Dövlət strategiyasından doğan ilk peşə ixtisas təhsili müəssisəsinin prioritet məsələlərin həlli
2. Tələbə qəbulununun nəticələri , uğursuz ixtisaslar və açılmayan qrupların yaratdığı problemlərin həlli yollarının müzakirəsi
3.Yeni tədris ilində mərkəzdə fəaliyyətini davam etdirəcək və yeni açılacaq "Grohe Akademiyası " pilot layihənin açılşına hazırlıq mərhələsinin gedişatı.
4.Peşə Təhsil Müəssisələri arasında tədris və peşəyönümü əməkdaşlıqların inkişaf etdirilməsi , tədris ili boyu təhsil sərgisi , təhsil yarmarkaraları , interaktiv -praktik tədrisin nümayişi müsabiqələrinin mütəmadi təşkili , ilk dəfə olaraq İxtisas Fənn olimpiadalarının təşkili və inkif etdirilməsi kimi vacib məsələlərin təşkili ilə bağlı hazırlıq prosesinin başladılması.
4. Fənn aylıqları , açıq dərslər, onların keçirilmə tarixləri və müasir dərsə verilən tələblər.
5. Metodbirləşmələrin, rəhbər işçilərin , sinif rəhbərlərinin illik fəaliyyət planın hazırlanmasının hesabatı .
6.İstehsalat təlimi ustalarının praktiki tədris zamanı təhsilalanların əməyin təhlükəsizliyi qaydaları , istehsalatda baş verə biləcək təhlükələrlə bağlı təlimatlandırılmasının davamlılığı.
6. 17 sentyabr tarixində keçiriləcək "Bilik Günü " bayramının hazırlıq prosesi.
iclasın gündəliyi təsdiq edildikdən sonra Tİİ üzrə direktor müavini Aytac Rzayeva yeni tədris ilində fənn komissiyalarında görüləcək işlər və fənn proqramlarının vəziyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O, 2018/2019 -cu tədris ilinin əvvəlində mərkəz üzrə 16 fənn birləşmə komissiyasının (FBK) yaradıldığını, həmin komissiyalarının fəal iştirakı ilə müəllimlərinin və istehsalat- təlimi ustalarının təqvim-mövzu planlarının vaxtında tərtib və təsdiq edildiyini bildirib. Açıq dərslər və praktik təcrübələrin izənilməsinin tərtib və təsdiq edilmiş qrafik üzrə aparılacağını diqqətə çatdırıb. Bildirib ki, indiyə qədər hər bir müəllim metodiki işlər hazırlayıb və şuraya təqdim edib. Daha sonra proqramlar haqqında bənd-bənd məlumat verərək çıxışının sonunda qeyd edib ki, indiyə qədər 110 proqramın elektron variantı təsdiq üçün hazırlanıb.təqdim edilib.
Yeni tədris ilinin iş planı tutulub, müzakirə olunub, təsdiq edildikdən sonra açıq dərslərin hər semestr üçün qrafiki bir nüsxəsi müəllimlər otağında asılıb. Tədris ilinin birinci yarımili üçün qrafik üzrə 21 açıq dərsin keçiləcəyi qeyd olunub ki, hər fənn birliyindən 2-3 müəllim seçilib və fənn birləşmə sədrləri tərəfindən Metodiki Kabinetə təqdim edilib. Tədris ilinin ikinci yarımili üzrə 23 açıq dərsin keçiləcəyi də diqqətə çatdırılıb. Tədris təcrübələrinin yekunları, istehsalat və diplomqabağı təcrübələrin təşkilinin vəziyyəti haqqında məlumat verib. Təcrübələrin təşkili üçün 25-dən çox istehsalat müəssisəsi ilə ikitərəfli müqavilələrin bağlanmasına nail olduqlarını vurğulayib .Yığıncağın sonunda deyilən fikir və müzakirələr dinlənilərək yeni tədris ilində uğurlu layihələrin , həmçinin peşəyönümü əlaqələr koordinasiyalarının genişləndirilməsi istiqamətində layiqincə çalışmaq üçün kollektivə uğurlar arzulanıb.
2.14.09.2018 -ci il tarixində Mərkəzdə yeni tədris ilinin başlaması , peşəyönümü əməkdaşlıqların vəziyyəti ilə tanışlıq , ixtisaslaşan məzunların işlə təmin olunma faizinin nəticələrinin müzakirəsi ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinin "İctimaiyyətlə əlaqələr və Humanitar Məsələlər " şöbəsinin müdir müavini Bəhman Məmmədov iştirak edib.
3.17 sentyabr 2018 -ci il tarixində Mərkəzimizdə Təhsil Naziri cənab Ceyhun Bayramovun sərancamına əsasən "Bilik Gününün " keçirilməsi ilə əlaqəlı hazırlıq sona çatdırılıb.Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Məcid Bayramlı , uğurlu karyera quran , müəssiəmiz tərəfindən işlə təmin olunan məzunların , çıxışı , Ali Təhsil Müəssisələrinə qəbul olan tələbə adını qazanan altı tələbənin təəssürratı , Respublika Əmək və Veteranlar birliyinin 6 əməkdaşı , ehtiyatda olan zabit və polkovniklərin , iki işə götürən təşkilatın , üç QHT rəhbərinin , İcra hakimiyyətinin iki şöbə müdirinin dəvəti və gəlişi gözlənilir.
Hörmətlə :
Tİİ üzrə direktor müavini Aytac Rzayeva
2 прикрепленных файла
|
Отображается файл "666.JPG"
Hiç yorum yok:
Yorum Gönder