Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 23-25 iyun 2018-ci il tarixlərində "Peşə Təhsili Alan Gənlərin Sahibkarlıq Fəaliyyətində Bilik və Bacarıqların Artırılmasında Maarifləndirmə İşinin Təşkili " mövzusunda müsabiqə keçirilib.Üç gün davam edəcək müsabiqə zamanı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanlarından təşkil olunan komandalar "əl-elektrik qaynaqçı", "dərzi"," aşpaz", "qənnadçı", "ağac üzərində oyma" " qrim ustası" ixtisasları üzrə əl işləri sərgisi nümayiş etdirərək birincilik uğrunda mübarizə aparacaqlar. Qalib gələn üç komandanın üzvləri finalda diplom ,kubok və hədiyyələrlə mükafatlandırılacaqlar.
Hiç yorum yok:
Yorum Gönder