28.06.2018

“Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasında maarifləndirmə işinin təşkili” mövzusunda sərgi-müsabiqə keçirilmişdir.

23-25 iyun 2018-ci il tarixlərində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasında maarifləndirmə işinin təşkili” mövzusunda sərgi-müsabiqə keçirilmişdir. Müsabiqə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Nizami Rayon İcra Hakimiyyəti, “Enactus Azerbaijan” beynəlxalq şirkəti, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə təşkilatçılığı nəticəsində üç gün davam etmişdir. Peşə təhsili alan gənclərdən təşkil olunmuş komandalar “əl-elektrik qaynaqçı”, “dərzi”,”aşpaz”, “qənnadçı”, “ağac üzərində oyma” və “qrim ustası” ixtisasları üzrə əl işlərini sərgidə nümayiş etdirərək  birincilik uğrunda mübarizə aparmışlar.
Əl işlərinin nümayiş etdirildiyi sərgidə bir sıra işəgötürən təşkilatların rəhbər işçiləri, o cümlədən, Nizami Rayon İcra Hakimiyyətinin  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) tədris şöbəsinin baş məsləhətçisi Aysel Əliyeva, Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva, Balaxanı Sənaye Parkının icraçı direktoru Ruslan Ağayev, AquaVita Mineral Suların İstehsalı Zavodunun direktor müavini Polad Cahangirov, “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Camid Mövsümov, Zəhmət-Ruzi MMC  şirkətinin icraçı direktoru Əliheydər Fərəcullayev, Azərbaycan Tərcümə Mərkəzinin mətbuat xidmətinin rəhbəri İlqar Rəsul, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Startap Təşkilatının moderatoru Rəşad Əliyev və tədbirə dəvət olunan dövlət peşə təhsil mərkəzlərinin direktor və direktor müavinləri, mühəndis-pedaqoji heyəti, peşə təhsili alanları fəal iştirak etmişlər.Peşəyönümü işinin aparılması məqsədilə həyata keçirilən  ixtisasların nümayişi, tələbələrin öz ideyalarını biznesə çevirib işəgötürənlərə təqdim etmə bacarıqlarının yekunu müxtəlif təşkilatlardan dəvət olunan münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.Müsabiqənin yekun nəticəsinə və işəgötürənlərdən təşkil olunmuş münsiflər heyətinin qərarına əsasən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 1-ci yerə, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2-ci yerə, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 3-cü yerə layiq görülmüşlər.Sərgiyə gələn  işəgötürən təşkilatların nümayəndələri peşə təhsili alan gənclərin əl işlərini yüksək qiymətləndirmişlər. Bu tədbirdə bir necə televiziya kanalı vasitəsilə çəkilişlər aparılmış, müsabiqənin qalibləri müvafiq qaydada kubok, diplom  və qiymətli hədiyyələrlə təltif olunmuşlar.Burdan davam edin...
http://vet.edu.gov.az/az/news/1332
http://bdptmtt.edu.az/2018/06/28/528/















































Hiç yorum yok:

Yorum Gönder