20.10.2018

Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgiyə dünyanın 12 ölkəsindən 130-dan artıq iştirakçı qatılıb.

“Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən  sərgiyə dünyanın 12 ölkəsindən 130-dan artıq iştirakçı qatılıb.
Azərbaycanın ali təhsil müəssisələrinin böyük əksəriyyətinin iştirak etdiyi sərgidə Təhsil Nazirliyi yanında  “Peşə Təhsili üzrə Dövlət Agentliyi”  müxtəlif peşə ixtisalarına dair    " qaynaqçı ",   " ağac üzərində oyma " ,  " tikişçi operator " ,   " xalçaçı "    " otel müştəri xidməti " ,   " kənd təsərrüffatı xidməti mütəxəssisi "   ixtisaslarına dair əl işləri , elektronika avadanlıqlarının sazlanması , "  "kompüter tipli  3 ekranlı sürücülük simulatoru"   stend təqdim edib . Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov,  təhsil nazirinin  müavini Məhəbbət Vəliyeva  Peşə Təhsili üzrə Dövlət Agentliyinin stend- ni ziyarət etmiş ,  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən cənab  Amil Əlili ilə Peşə təhsilinə artan maraq , əmək bazarında tələbatlı olan müasir peşə ixtisasları ,  tələbələrin əl işlərinin satışı yarmarkalarının təşkili mövzunda panel müzakirəsi aparmışdırlar.
Sərgi çərçivəsində fəaliyyət göstərən lektoriyada çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü iş və işəgötürənlərlə əməkdaşlıq  şöbəsinin  müdiri  Zamin Bədirxanov “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanun layihəsi , qanunda müəyyən olunmuş yeniliklər , peşə təhsil pilləsinin üç yeni səviyyəsinin müəyyən edilməsi ,  “peşə təhsilinə artan maraq”, “ düzgün İxtisas seçimi və karyera planlaması”, "modullaşdırılmış kurikulumların"  hazırlanması  digər mövzularda mühazirə oxuyub,   təqdimat nümayiş olunub. Üç gün davam edən sərgi çərçəvəsində Peşə təhsilinə marağı olan yuxarı sinif şagirdlərinin və valideyinlərinin aktivliyi müşahidə olunub.





































































































































































































Hiç yorum yok:

Yorum Gönder