Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin buraxılış qruplarında üçillik qruplarda (160) , biriilik qruplarda (300), 6 ayliq qruplarda (18) nəfər olmaqla , ümumilikdə 478 nəfər tələbə məzun olaraq diplom alıblar. Diplomların verilmə prosesi 08.08.2018-ci il tarixində mərkəzin akt zalında təşkil olunub.Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Rauf Feyzullayev iştirak edib.Tədbirin sonunda iştirak edən valideynlər keyfiyyətli tədris və nümunəvi təlim-tərbiyə mühitinin yaradılmasına görə rəhbərliyə təşəkkür ediblər.
Hiç yorum yok:
Yorum Gönder