Peşəyönümü işin təşkili və təbliğini mütəmadi olaraq orta məktəblərdə Mərkəzimizdə tədris olunan ixtisaslara uyğun əl işlərindən ibarət " Sərgi-Seminar " davam etdirilir.9 yanvar tarixində Bakı Şəhəri 328 nömrəli tam orta məktəbdə keçirilən " Sərgi-Seminar" iştirakçılarına , məktəbin müəllim və şagird heyətinə həmçinin qonaq qismində iştirak edən müəllimlərə tədris olunan ixtisaslarımız haqqında ətraflı məlumat verilmişdir.Sərgidə nümayiş olunan əl işləri və şagirdlərin marağına səbəb olan peşə ixtisasları ilə bağlı suallar cavablandırılmışdır.Məktəbin direktoru Asif Nəbiyev müəsissəmizlə əməkdaşlığı yüksək qiymətləndirdiyini, rəhbərlik etdiyi orta məktəbdə peşəyönümlü təmatüllü qrupun açılmasını təqdirə layiq gördüyünü qeyd etmişdir.Tədbirin sonunda bir neçə uğurlu məzunun çıxışı izlənilmişdir.
12.01.2019
Texnoparkda İnfo-tur keçirilmişdir
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “ Veb-dizayner “ , “Kompüter ustası “ ixtisaslı təhsilalanlarının Odlar Yurdu universitetinin Texnoparkında info-tur keçirilib. Tələbələr buradakı kompüter laboratoriya və sinifləri ilə tanış olubar. Riyaziyyat, informatika və tətbiqi elmlər kafedrasının dosenti Etibar Rzazadə Texnopark, burada görülən işlər, düzəldilən qurğular barədə məlumat vermiş, “Müasir səviyyədə proqramlaşdırma və proqram təminatının kompüterləşdirilmiş sistemlərdə rolu” mövzusunda MasterClass keçmişdir. Tələbələrə TP-ın kompüter şəbəkəsi, alternativ enerji sistemi, robot laboratoriyası nümayiş etdirilmişdir. Onlar, kompüterlə idarə olunan stendlərdə günəş şüalarının düşmə bucağından asılı olaraq alınan elektrik enerjisinin necə dəyişdiyini, robotların insan iştirakı olmadan tələb olunan tapşırıqları necə yerinə yetirdiklərini maraqla izlədilər. Ffiziki tədqiqatlardan bəsit kompüter təmirinə qədər bir çox proseslərdə müxtəlif cihaz və alətlərdən necə istifadə etdiklərini müşahidə ediblər. Yuxarı kurs tələbələri Peşə Təhsil Mərkəzlərinin tələbələrinə gündəlik məşğələlərdə istifadə etdikləri cihazlar barədə danışıb zəruri parametrlərin necə təyin olunduğunu, kompüter və offis avadanlığı ilə bağlı hansı ölçü vahidlərinin tətbiq olunduğunu izah ediblər. Burada əldə olunan təcrübi biliklər tələbələrin əyani şəkildə müşahidə etdikləri İKT prosesləri lisey təhsili ilə bir tərəfdən ali məktəb təhsilini, digər tərəfdən istehsalatı yaxınlaşdırır. Kompüterlərin, müxtəlif elektron cihazlarının sürətlə yeniləndiyi, təhsil sisteminə daha çox yol aldığı müasir dövrdə belə vasitələrin araşdırılıb, mənimsənilib tələbələrə çatdırılması və yenilərinin yaradılması üçün mərkəzləşdirilmiş universitet qurumuna ehtiyac var. Son yarım əsrdə bu funksiyanı öz üzərinə götürmüş tədris texnoparkları dünyanın qabaqcıl universitetlərinin əksəriyyətinin nəzdində yaradılmışdır. Belə texnoparklar nəzəriyyə, akademik biliklərlə praktik təcrübənin, istehsalatın real və sürətlə həyata keçirilən əlaqələrinin qurulmasına xidmət edir.
Burada tələbələr bir sıra texniki fənləri keçməklə yanaşı müxtəlif yaradıcı qruplarda fəaliyyət göstərir, Universitetin aparat təminatı və təmiri, yeni avadanlığın quraşdırılması və sazlanması kimi işlərdə həvəslə iştirak edirlər. Əvvəlki dövrlərdə, məktəblərdə alınmış biliklərdəki çatışmazlıqları aradan qaldırmaq, yeni texniki biliklərin əldə olunması, ən müxtəlif texniki ideyaların araşdırılması və həyata keçirilməsi üçün şərait əldə etmişlər. Onlar, xüsusən optik və audio effektləri nümayiş etdirən qurğuların hazırlanılıb dərs prosesinə tətbiq edilməsinə böyük maraq göstərirlər.Tələbələr həm özləri maraqlandıqları istiqamətdə robotlar yığıb quraşdırır, həm də onları idarə etmək üçün müvafiq proqramlar yazırlar. Bu qəbildən olan işlər tələbələrin həm texniki dünyagörüşünün genişlənməsinə, həm də fundamental biliklərin dərinləşdirilməsi və möhkəmləndirilməsinə xidmət edir.
Texnoparka info-tur -tanışlıq müddətində tələbələrimiz nəzəri biliklərini əyani vasitələr üzərində möhkəmləndirdilər, icra olunan layihələrdəki işlərə qoşuldular, təcrübələri tətbiq etdilər. OYU rəhbərliyinin təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə BDPTM tələbələrinin hər həftənin müəyyən günləri istehsalat təlimi dərslərinin kompüter-texniki vasitələrdən istifadə etmələri və yeni texniki qurğuların yaradılmasında bilavasitə iştirakını təmin etmək məqsədilə Texnoparkın praktik məşğələlər cədvəlində xüsusi yer ayırmışdır.
Kaydol:
Kayıtlar (Atom)