28.06.2018

Startap Günləri Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BPMTT) keçiriləcək.

http://xeberler.az/new/details/novbeti-startap-gunlerinin-proqrami-aciqlandi--20757.htm
Məlumat verdiyimiz kimi, növbəti Startap Günləri Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BPMTT) keçiriləcək.
Belə ki, Startap Günləri  iyunun 29-30-da BPMTT-də baş tutacaq.
Mərkəzdən verilən məlumata görə, hazırda Startap Günlərinə hazırlıqlar davam edir. 
Onu da bildirək ki, Mərkəzdə Startap Günləri ilə bağlı İşçi Qrup da yaradılıb.
Xeberler.az-ın məlumatına görə, artıq Startap Günlərinin proqramı da açıqlanıb.
Proqram ilə buradan tanış ola bilərsiniz. 
Startap Günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.
Startap Günlərinin əsas tədbirlərindən biri də tələbələrin biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.
Günlər çərçivəsində yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq.
Qeyd edək ki, Startap Günləri çərçivəsində  yeni başlayan startapçılar üçün Təlimlər də keçiriləcək.
Startup Günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.
Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
Startap Günləri Startap Azərbaycan və BPMTT təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişaı Dövlət Fondu dəstək verir. 
Startap Azərbaycan tərəfindən həyata keçirilən Startap Günləri ölkəmizdə 2012-ci ildən təşkil olunur. Məlumat verdiyimiz kimi, ötən aylarda Qərbi Kaspi Universiteti, Azərbaycan Texniki Universitetində, UNEC-də təşkil olunan Startap Günüləri də uğurla başa çatıb.







“Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasında maarifləndirmə işinin təşkili” mövzusunda sərgi-müsabiqə keçirilmişdir.

23-25 iyun 2018-ci il tarixlərində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasında maarifləndirmə işinin təşkili” mövzusunda sərgi-müsabiqə keçirilmişdir. Müsabiqə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Nizami Rayon İcra Hakimiyyəti, “Enactus Azerbaijan” beynəlxalq şirkəti, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə təşkilatçılığı nəticəsində üç gün davam etmişdir. Peşə təhsili alan gənclərdən təşkil olunmuş komandalar “əl-elektrik qaynaqçı”, “dərzi”,”aşpaz”, “qənnadçı”, “ağac üzərində oyma” və “qrim ustası” ixtisasları üzrə əl işlərini sərgidə nümayiş etdirərək  birincilik uğrunda mübarizə aparmışlar.
Əl işlərinin nümayiş etdirildiyi sərgidə bir sıra işəgötürən təşkilatların rəhbər işçiləri, o cümlədən, Nizami Rayon İcra Hakimiyyətinin  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) tədris şöbəsinin baş məsləhətçisi Aysel Əliyeva, Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva, Balaxanı Sənaye Parkının icraçı direktoru Ruslan Ağayev, AquaVita Mineral Suların İstehsalı Zavodunun direktor müavini Polad Cahangirov, “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Camid Mövsümov, Zəhmət-Ruzi MMC  şirkətinin icraçı direktoru Əliheydər Fərəcullayev, Azərbaycan Tərcümə Mərkəzinin mətbuat xidmətinin rəhbəri İlqar Rəsul, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Startap Təşkilatının moderatoru Rəşad Əliyev və tədbirə dəvət olunan dövlət peşə təhsil mərkəzlərinin direktor və direktor müavinləri, mühəndis-pedaqoji heyəti, peşə təhsili alanları fəal iştirak etmişlər.Peşəyönümü işinin aparılması məqsədilə həyata keçirilən  ixtisasların nümayişi, tələbələrin öz ideyalarını biznesə çevirib işəgötürənlərə təqdim etmə bacarıqlarının yekunu müxtəlif təşkilatlardan dəvət olunan münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.Müsabiqənin yekun nəticəsinə və işəgötürənlərdən təşkil olunmuş münsiflər heyətinin qərarına əsasən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 1-ci yerə, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2-ci yerə, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 3-cü yerə layiq görülmüşlər.Sərgiyə gələn  işəgötürən təşkilatların nümayəndələri peşə təhsili alan gənclərin əl işlərini yüksək qiymətləndirmişlər. Bu tədbirdə bir necə televiziya kanalı vasitəsilə çəkilişlər aparılmış, müsabiqənin qalibləri müvafiq qaydada kubok, diplom  və qiymətli hədiyyələrlə təltif olunmuşlar.Burdan davam edin...
http://vet.edu.gov.az/az/news/1332
http://bdptmtt.edu.az/2018/06/28/528/