28.06.2018

“Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasında maarifləndirmə işinin təşkili” mövzusunda sərgi-müsabiqə keçirilmişdir.

23-25 iyun 2018-ci il tarixlərində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasında maarifləndirmə işinin təşkili” mövzusunda sərgi-müsabiqə keçirilmişdir. Müsabiqə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Nizami Rayon İcra Hakimiyyəti, “Enactus Azerbaijan” beynəlxalq şirkəti, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə təşkilatçılığı nəticəsində üç gün davam etmişdir. Peşə təhsili alan gənclərdən təşkil olunmuş komandalar “əl-elektrik qaynaqçı”, “dərzi”,”aşpaz”, “qənnadçı”, “ağac üzərində oyma” və “qrim ustası” ixtisasları üzrə əl işlərini sərgidə nümayiş etdirərək  birincilik uğrunda mübarizə aparmışlar.
Əl işlərinin nümayiş etdirildiyi sərgidə bir sıra işəgötürən təşkilatların rəhbər işçiləri, o cümlədən, Nizami Rayon İcra Hakimiyyətinin  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) tədris şöbəsinin baş məsləhətçisi Aysel Əliyeva, Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva, Balaxanı Sənaye Parkının icraçı direktoru Ruslan Ağayev, AquaVita Mineral Suların İstehsalı Zavodunun direktor müavini Polad Cahangirov, “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Camid Mövsümov, Zəhmət-Ruzi MMC  şirkətinin icraçı direktoru Əliheydər Fərəcullayev, Azərbaycan Tərcümə Mərkəzinin mətbuat xidmətinin rəhbəri İlqar Rəsul, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Startap Təşkilatının moderatoru Rəşad Əliyev və tədbirə dəvət olunan dövlət peşə təhsil mərkəzlərinin direktor və direktor müavinləri, mühəndis-pedaqoji heyəti, peşə təhsili alanları fəal iştirak etmişlər.Peşəyönümü işinin aparılması məqsədilə həyata keçirilən  ixtisasların nümayişi, tələbələrin öz ideyalarını biznesə çevirib işəgötürənlərə təqdim etmə bacarıqlarının yekunu müxtəlif təşkilatlardan dəvət olunan münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.Müsabiqənin yekun nəticəsinə və işəgötürənlərdən təşkil olunmuş münsiflər heyətinin qərarına əsasən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 1-ci yerə, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2-ci yerə, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 3-cü yerə layiq görülmüşlər.Sərgiyə gələn  işəgötürən təşkilatların nümayəndələri peşə təhsili alan gənclərin əl işlərini yüksək qiymətləndirmişlər. Bu tədbirdə bir necə televiziya kanalı vasitəsilə çəkilişlər aparılmış, müsabiqənin qalibləri müvafiq qaydada kubok, diplom  və qiymətli hədiyyələrlə təltif olunmuşlar.Burdan davam edin...
http://vet.edu.gov.az/az/news/1332
http://bdptmtt.edu.az/2018/06/28/528/















































24.06.2018

Peşə Təhsilində Sahibkarlıq Qabilliyyətinin Artırılmasında Maarifləndirmə İşininin Təşkili mövzusunda müsabiqə keçirilib

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 23-25 iyun 2018-ci il tarixlərində "Peşə Təhsili Alan Gənlərin Sahibkarlıq Fəaliyyətində Bilik və Bacarıqların  Artırılmasında Maarifləndirmə İşinin Təşkili " mövzusunda müsabiqə keçirilib.Üç gün davam edəcək müsabiqə zamanı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Turizm və Sosial Xidmətlər üzrə  Bakı Dövlət  Peşə Təhsil Mərkəzinin, Mədəniyyət və Sənətkarlıq  üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzinin təhsilalanlarından təşkil olunan komandalar  "əl-elektrik qaynaqçı", "dərzi"," aşpaz", "qənnadçı", "ağac üzərində oyma" " qrim ustası" ixtisasları üzrə əl işləri sərgisi nümayiş etdirərək  birincilik uğrunda mübarizə aparacaqlar. Qalib gələn üç komandanın üzvləri finalda diplom ,kubok və hədiyyələrlə mükafatlandırılacaqlar.
     


                                                                                                     
 




































2.01.2018

Aytac Rzayeva İnnovasiyalar metodiki kitab

Hörmətli izləyici , aşağıdakı linki aktivlışdirməklə siz "İnnovasiyalar" innovativ müəllimlər üçün metodiki kitabla tanış ola bilərsiniz.Kitabda müasir dərsi interaktivləşdirmək üçün ən son resurslar və multimediya resursları , interaktiv tapşırıqlar nümunəsi verilmişdir.
İnnovativ müəllimlər üçün metodiki kitab

14.07.2017

İnteraktiv Tapşırıq Hazırlanma nümunəsi

Hörmətli izləyicilərimiz mən sizi Power-point  proqramında interaktiv tapşırıq hazırlama üsullları ilə tanış edəcəyəm. Buyurun video dərsimizi izləyin 



Interaktiv tapşırıq Hazırlanma nümunəsi

Dərsi canlandırmaq ,vizual olaraq yadda qalan , dərk olunan olması üçün interaktiv tapşırıqların istifadəsi əvəzsizdir. Bu video dərsimizdə sizi interaktiv tapşırığın hazırlanması ilə tanış edəcəyik 




Scratch proqramı ilə rəqs effekti

Hörmətli izləyicilərimiz,  Scratch proqramı sadə interfeysə malik proqramdır.Proqramda rəqs effektinin yaradılması ilə videodərsimizdə tanış ola bilərsiniz 


21.05.2017

Scratch ilə proqramlaşdırma

Əziz müəllimlər əgər siz də şagirdlərinizin Scratch ilə ibtidai sinifdən proqramlaşdırmanı öyrənmək , onların məntiqi təffəkkürünü inkişaf etdirmək istəyirsinizsə , şagirdləri rəqamsal hekayələr yaratmağa cəlb edə  bilərsiniz ...

"Say sistemləri" mövzusunda açıq dərs

Əziz müəllimlər bu videodərsimizdə siz "Say sistemləri" mövzusunda açıq dərs izləyə bilərsiniz



İbtidai siniflərdə interativ oyunların hazırlanması

Əziz izləyicilər ,bu videotədrisimizdə siz , ibtidai siniflərdə oxu , hekayə , nağıl qəhrəmanlarını canlandırmaq , səsləndirmək interaktiv dərs qurmaq üçün istifadə edə biləcəyiniz sayt haqqında informasiya ala bilərsiniz