23.10.2016

Sunken treasure web aləti ilə oyun

https://docs.google.com/presentation/d/1U_Wwo6PCwgued5gKU8FdQn8IZgQrPy0jkl92Xiu0wJY/edit#slide=id.p3
Bu sənədi yükləyin "Yüksək dənizdə xəzinəni tap" oyunu ilə tanış olun 



  

İnteraktiv tapşırıqlar , rollu oyunlar və təqdimatlar hazırlaya biləcəyiniz bir sayt

Əziz müəllimlər , dərslərinizdə interaktiv tapşırıqlar hazırlamaq , test sualları yaratmaq , məntiqi oyunlar fikirləşmək sizin çox zamanınızı ala bilər. Bu sayt sizin vaxtınıza qənaət etmək və işlərinizi yüngülləşdirmək baxımından sizə əlverişli ola bilər. Saytda qeydiyyatdan keçmirsiniz öz elektron ünvanınızdan daxil olub işləyə bilərsiniz.Bunun üçün bu linki kilikləyin

http://www.all-ppt-templates.com/


Məktəblərdə və təhsil sistemində   istifadə olunan elektron lövhələrin  ən geniş yayılan növlərindən biri  Promethean  lövhələrdir. Öz geniş imkanlarına, hazır resurslarına görə digər lövhələrdən fərqlənən bu lövhələrdə dərs hazırlamaq üçün çox rahatdır.Promethean lövhələr müasir sinif otaqlarının və hər bir səriştəli müəllimin ağıllı dostudur.Bu lövhənin üzərində alətlər qutusuna , içraçı panellərə toxunmaqla möcüzələr yarada bilirik.Bu lövhələrlə işləmək , xüsusilə həndəsi fiqurlardan istifadə ,müxtəlif oyunlar , rəngləmələr və pazllardan istifadə , sehirli güzgü , konteyner, nişan və digər funksiyaları  tədrisinin keyfiyyətini yüksəldir .Aşağıdakı linkdə qeydiyyatdan keçərək Activlnspirenin geniş imkanları ilə tanış olun


Öyrədici oyunlar üçün sayt

Əziz müəllimlər , yəqin ki , sizin dərs dediyiniz şagirdlər içərisində məntiqi zəif , orta olan uşaqlar vardır. Bu sayt məhz  məntiqi inkişaf etdirmək məqsədilə yaradılıb.Saytdan istifadə etmək üçün aşağıdakı linki kilikləyin
http://www.egiticioyunlar.org/



Kiçik uşaqlar akademiyası

Əziz müəllimlər , şagirdlərinizi aşağıda linki tağ edilən saytdan  qeydiyyatdan keçirin. Onların şifahi nitqinin inkişafı , dünya görüşlərinin artmaları və fikirlərini sərbəst ifadə etmələri üçün kiçik akademiyanın üzvləri olmaq kimi şanslarını dəyərləndirin 






Elektron kitabxana

Əziz izləyicilər , bu saytda qeydiyyatdan keçərək siz marağınızda olduğunuz bütün kateqoriyalar haqqında dünya ədəbiyyatı və milli ədəbiyyatımızdan , təhsildən , ixtisasınızı və digər sahələri əhatə edən mövzulardan məlumatlı ola bilərsiniz.Elektron kitabxanaya üzv olmaq üçün aşağıdakı linki klikləyin 
http://www.anl.az/el.php


Elektron təlim sistemi

Hörmətli müəllimlər, bu sayt Azərbaycan müəllimləri  və təhsil işçiləri üçün nəzərdə tutulmuşdur. Saytda qeydiyyatdan keçib öz sinfinizi yarada bilərsiniz.Online imtahanlarda iştirak etməklə yanaşı özünüz test sualları və  təqdimatlar tərtib edə bilərsiniz. Saytdan istifadə qaydaları ilə daha ətraflı tanış olmaq üçün bu linki  klilikləyin 
http://sinif.az/info.php?id=16





İbtidai sinif müəlimlərinin istifadə edə biləcəkləri hər cür resurslarla zəngin sayt


                                                           

                                                                  http://www.kidscanhavefun.com/

Linkə daxil olun.Bu  saytda dərslərinizdə istifadə edə biləcəyiniz müxtəlif dərs planları, tapşırıq növləri, iş üsul və formalarından
faydalana  bilərsiniz.  İbtidai siniflər üçün daha məqsədə uyğundur


   
                                        

Bloq haqqında maraqlı təklif, məsləhət və şərhləriniz

 Dəyərli izləyicilər və bloqumuzu ziyarət edən təhsil işçiləri , müəllimlər , şagirdlər və bütün ziyarətçilər sizlərin hər birinizin  yeni fikir və məsləhətləri , şərhləri bizə maraqlıdır. Bunun üçün aşağıda gördüyünüz  linkə daxil olub dəniz görüntüsünün istənilən yerində mausunuzu iki dəfə kilikləyib təklif və iradlarınızı mənimlə bölüşməyinizi rica edirəm

 https://padlet.com/aytac_rzayeva200/j3k0muep9p4w 

Multiple-İntelligences-quiz ilə cizgi filmi , quiz , oyun və fotoalbomların yaradılması

 Hörmətli izləyicilər, bu linkə klikləyib http://careertests.jobs77.com/multiple-intgences-quiz/ qeydiyyatdan keçməklə siz dərslərinizi rəngarəng edəcək təqdimatlar , elli quiz və musiqili oyunlar yarada bilərsiniz